Özbəkistanın Azərbaycandakı səfirliyinin bayrağı endirildi, xatirə kitabı açıldı
Özbəkistan prezidenti İslam Kərimovun vəfatı ilə əlaqədar bu ölkənin Azərbaycandakı səfirliyində səfirlikdə dövlət bayrağı endirilib.
1news.az xəbər verir ki, bu barədə səfirlikdən məlumat verilib.
Məlumata görə, mərhum prezidentin şərəfinə xatirə kitabı açılacaq.
Xatırladaq ki, Özbəkistanda İ.Kərimovun vəfatı ilə əlaqədar üçgünlük matəm elan olunub.
Özbəkistan səfirliyi sentyabrın 6-da Bakıda keçiriləcəyi planlaşdırılan və ölkənin Müstəqillik gününə həsr olunmuş tədbiri də təxirə salıb.
1news.az
741