Azərbaycan nümayəndə heyəti İslam Kərimovun dəfn mərasimində iştirak edir | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan nümayəndə heyəti İslam Kərimovun dəfn mərasimində iştirak edir

14:16 - 03 / 09 / 2016
Azərbaycan nümayəndə heyəti İslam Kərimovun dəfn mərasimində iştirak edir

Sentyabrın 3-də Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə Azərbaycan nümayəndə heyəti Özbəkistan Prezidenti İslam Kərimovun dəfn mərasimində iştirak etmək üçün bu ölkəyə səfər edib.

1news.az xəbər verir ki, bu barədə Milli Məclisin (MM) mətbuat xidmətindən məlumat verilib.

Nümayəndə heyətinə xarici işlər nazirinin müavini Xələf Xələfov, Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə, parlamentin komitə sədri Eldar İbrahimov, deputat Hüseynbala Mirələmov və digər rəsmi şəxslər daxildir.

1news.az

Paylaş:
508

Son xəbərlər

Bütün xəbərlər