Masallıda içməli su təchizatı sistemi istifadəyə verildi – FOTO | 1news.az | Xəbərlər
Rəsmi

Masallıda içməli su təchizatı sistemi istifadəyə verildi – FOTO

14:33 - 03 / 09 / 2016
Masallıda içməli su təchizatı sistemi istifadəyə verildi – FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 3-də Masallı şəhərinin içməli su təchizatı layihəsinin (şəhər su və kanalizasiya sisteminin) açılışında iştirak edib.

1news.az xəbər verir ki, Dövlət başçısına şəhərin su və kanalizasiya sisteminin yenidən qurulması layihəsinin icrasına 2012-ci ildən başlanıldığı barədə məlumat verilib.

Bu məqsədlə Viləşçay su anbarının aşağı byefində sutəmizləyici qurğu inşa edilib, 5 min kubmetr tutumu olan su anbarı tikilib.

Prezident İlham Əliyev layihənin işə salınmasını bildirən düyməni basıb.

 

1news.az

Paylaş:
680

Son xəbərlər

Bütün xəbərlər