Neftçalada qəssab döyülərək xəstəxanalıq edilib
Neftçala rayonunun Qazaxbərəsi kəndinə kəsim üçün inək almağa gedən Salyan rayonu, Arbatan kənd sakini, 21 yaşlı qəssab Dadaşov Fərahim Fəlahət oğlu döyülərək xəstəxanaya düşüb.
1news.az virtualaz.org-a istinadən xəbər verir ki, onu heyvan sahibləri döyüblər. Gənc qəssab sağ-təpə nahiyəsinin əzilməsi və sağ-göz nahiyəsinin xəsarətləri diaqnozu ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Neftçala Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.
1news.az
523