Nazirlər Kabinetinin səlahiyyətlərindən biri ləğv edildi
Prezident İlham Əliyev “İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 18 yanvar tarixli 745 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, fərmanda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 18 yanvar tarixli 745 nömrəli Fərmanını “İnvestisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri, investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ və həyata keçiriləcəyi inzibati ərazi vahidləri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 878 nömrəli Fərmanına uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:
“İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 18 yanvar tarixli 745 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, №1, maddə 67) aşağıdakı dəyişikliklər edilsin:
1. 3.2-ci bənd ləğv edilsin.
2. Həmin Fərmanla təsdiq edilmiş “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası”nın 10-cu hissəsində “Azərbaycan Respublikasının Nazirlər Kabineti” sözləri “Azərbaycan Respublikasının Prezidenti” sözləri ilə əvəz edilsin”.
1news.az