Ebru Gündəş Acundan icazə istədi – FOTO
“O Səs Türkiyə” mahnı müsabiqəsində 3 ildir münsif heyətində yer alan Ebru Gündəş növbəti mövsümdən etibarən yarışmada yer almayacaq.
1news.az xəbər verir ki, müğənni bu barədə İnstaqramdakı hesabında məlumat paylaşıb.
E.Gündəş qeyd edib ki, 3 ildir böyük həvəslə münsif kimi çalışdığı müsabiqədən ayrıldığı üçün kədərlidir:
“O Səs Türkiye” böyük bir komandadır. Mənsiz də hər zaman var olacaqlar. Acun İlıcalıdan bu il icazə istədim, o da hər zamankı kimi məni başa düşdü. Acun və Acun Media - TV 8 ailəsi başda olmaqla, Hadise, Murad, Gökhan və Hakan, hər birinizə minnətdaram. Yaxşı ki, varsınız”.
Fərid Ədalət
972