Ər arvadını döyərək xəstəxanalıq edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Ər arvadını döyərək xəstəxanalıq edib

19:37 - 04 / 09 / 2016
Ər arvadını döyərək xəstəxanalıq edib

Salyanda qadın əri tərəfindən döyülərək xəsarət alıb.

1news.az report.az-a istinadən bildirir ki, hadisə rayonun Həsənli kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 40 yaşlı Cəmilə Şahverən qızı Əliyeva ailə münaqişəsi zəmnində əri Cəmil Əliyev tərəfindən döyülüb. Kəllə-beyn travması alan və üz nahiyyəsi zədələnən qadın Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

İlk tibbi yardım göstərildikdən sonra zərərçəkən travmatologiya şöbəsində yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

1news.az

Paylaş:
782

Son xəbərlər

Bütün xəbərlər