Rayonlarda yağış yağacaq, dağlıq ərazilərdə dolu düşəcək | 1news.az | Xəbərlər
Mədəniyyət

Rayonlarda yağış yağacaq, dağlıq ərazilərdə dolu düşəcək

13:33 - 06 / 09 / 2016
Rayonlarda yağış yağacaq, dağlıq ərazilərdə dolu düşəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyi sentyabr ayının 7-nə olan hava proqnozunu açıqlayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az  yağış yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək, günün ikinci yarısında  mülayimləşəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 19-23, gündüz 25-28, Bakıda gecə 20-22, gündüz 26-28 dərəcə isti olacaq. Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 50-60 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında sentyabrın 7-də şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə  intensiv  olacağı, dağlıq ərazilərdə dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 18-23, gündüz 24-29, dağlarda gecə 9-14, gündüz 15-20 dərəcə isti olacaq.

Tibbi-meteoroloji-proqnoza görə, sentyabrın 7-də Abşeron yarımadasında xəzri küləyinin əsməsi və iqlim normasına yaxın temperatur şəraiti meteohəssas insanlar üçün əsasən əlverişlidir. Ayın 8-də zəif küləklərin üstünlüyü fonunda havada rütubətliyin bir qədər çox olması bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

1news.az

 

Paylaş:
949

Son xəbərlər

Bütün xəbərlər