ATƏT qoşunların təmas xəttində növbəti monitorinqini keçirəcək | 1news.az | Xəbərlər
Siyasət

ATƏT qoşunların təmas xəttində növbəti monitorinqini keçirəcək

15:39 - 06 / 09 / 2016
ATƏT qoşunların təmas xəttində növbəti monitorinqini keçirəcək

ATƏT sabah qoşunların təmas xəttində növbəti monitorinqini keçirəcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, sentyabrın 7-də Göygöl rayonunun Ömər dağ keçidində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır. 

Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle və Saymon Tiller keçirəcəklər.

Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Gennadi Petritsa və Piter Şvedberq keçirəcəklər.

1news.az

 

Paylaş:
556

Son xəbərlər

Bütün xəbərlər