İsveçrə Yəhudi İcmaları Federasiyasının nümayəndə heyəti Milli Məclisdə olub - FOTO | 1news.az | Xəbərlər
Siyasət

İsveçrə Yəhudi İcmaları Federasiyasının nümayəndə heyəti Milli Məclisdə olub - FOTO

16:49 - 06 / 09 / 2016
İsveçrə Yəhudi İcmaları Federasiyasının nümayəndə heyəti Milli Məclisdə olub - FOTO

Milli Məclis sədrinin müavini, Azərbaycan-İsveçrə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Bahar Muradova sentyabrın 6-da İsveçrə Yəhudi İcmaları Federasiyasının prezidenti Herbert Vinterin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, görüşdə Bahar Muradova Azərbaycan ilə İsveçrə arasında müxtəlif sahələr üzrə münasibətlərin yüksək səviyyədə olduğunu söyləyib. Qeyd edib ki, hər iki ölkənin bu münasibətləri daha sürətlə irəliyə aparmağa həm imkanları, həm də siyasi iradəsi var. Azərbaycan Avropa ölkələri, o cümlədən İsveçrə ilə yaxın əlaqələr qurub ki, bu da həm ikitərəfli, həm də çoxtərəfli əsasda mühüm əhəmiyyət kəsb edir. Bunu ötən müddətdə müxtəlif səviyyələrdə keçirilən rəsmi görüşlər, ikitərəfli əsasda imzalanan sənədlər və beynəlxalq proseslər zamanı verilən qarşılıqlı dəstək aydın şəkildə sübut edir.

Milli Məclis sədrinin müavini vurğulayıb ki, siyasi, iqtisadi, humanitar əlaqələr parlamentlərarası münasibətlərin də möhkəmlənməsini vacib edir. Parlamentlərarası dostluq qruplarının fəaliyyətinin razılıq doğurduğunu deyən Bahar Muradova onların əlaqələrin dərinləşməsindəki rolundan söz açıb.

Bahar Muradova Azərbaycanın dünyada tolerant, multikultural bir ölkə kimi tanındığını söyləyib. Qeyd edib ki, Azərbaycanda uzun illərdir mövcud olan yəhudi icması bu ərazidə yaşayan xalqların nümayəndələri kimi bütün imkanlardan tam şəkildə istifadə edə bilir. Keçmiş SSRİ məkanında Azərbaycan yeganə ölkədir ki, burada yəhudilər yaşadıqları bütün dövrlərdə heç zaman ayrı-seçkiliyə, təzyiqə məruz qalmayıblar. Bu gün “Azərbaycan yəhudiləri” deyilən bir termin var. Dünyanın hər yerində onların nümayəndələri yaşayırlar və Azərbaycanı özlərinin vətəni hesab edirlər. Onlar İsrail-Azərbaycan və dünya yəhudiləri ilə Azərbaycan arasındakı münasibətlərdə bir körpü rolunu oynayırlar. Azərbaycanda yəhudilər öz dillərində təhsil almaq, mədəniyyətlərini inkişaf etdirmək, dövlət və cəmiyyət həyatında fəal rol oynamaq üçün hər cur imkanlara malikdirlər. Azərbaycan qanunları və reallıqları buna şərait yaradır.

Bütün bunların ölkəmizin nailiyyəti olduğunu deyən Bahar Muradova vurğulayıb ki, məhz bunu əldə rəhbər tutaraq Azərbaycan rəhbərliyi yürütdüyü siyasətdə multikultural dəyərlərə üstünlük verir. Bu nöqteyi-nəzərdən də 2016-cı il Prezident İlham Əliyev tərəfindən Azərbaycanda “Multikulturalizm ili” elan edilib. Bu da dünyadakı mövcud durumu, gərginlikləri, müharibələri nəzərə aldıqda çox əhəmiyyətlidir.

Azərbaycana ilk dəfə səfər etdiyini deyən İsveçrə Yəhudi İcmaları Federasiyasının prezidenti Herbert Vinter ölkəmizdə gördükləri inkişafın onlarda zəngin təəssürat yaratdığını deyib. O, Azərbaycanda yəhudi icmasına göstərilən yüksək diqqət və qayğının təqdirəlayiq olduğunu vurğulayıb. Xüsusilə dünyada yəhudi icmalarının sıxışdırılıdığı bir zamanda Azərbaycanda onların əsrlər boyu dinc şəraitdə yaşamaq imkanlarının olmasını yüksək qiymətləndirib.

Qonaq bildirib ki, səfərin məqsədi Azərbaycanda müxtəlif mədəniyyətlərarası, etnik və dini qruplararası dinc yanaşı yaşama məsələləri ilə yaxından tanış olmaqdır.

İsveçrənin Azərbaycan ilə ikitərəfli münasibətlərinə toxunan Herbert Vinter bu əlaqələrin inkişafının məmnunluq doğurduğunu bildirib.

1news.az

Paylaş:
601

Son xəbərlər

Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04PAŞA Sığorta könüllü əmlak sığortası əldə edən müştərilərə avtomobil qazanmaq şansı təqdim edir!Bu gün, 13:00Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilibBu gün, 12:49“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31Azərbaycan-İran xüsusi təyinatlılarının “Araz – 2024” birgə taktiki təlimi keçirilirBu gün, 12:21Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12Prezident Surinamın dövlət başçısını təbrik edibBu gün, 12:09MEDİA çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 12:09İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərinə təbrik məktubu ünvanlayıbBu gün, 12:08Azər Əmiraslanov: “Gələn il sosial paket 3 milyon insanı əhatə edəcək”Bu gün, 11:58Leysan yağacaq - XƏBƏRDARLIQBu gün, 11:47Sahibə Qafarova: Bu il iqtisadiyyatın əsas sektorlarında mühüm uğurlar müşahidə edilirBu gün, 11:35ABB Bakıxanov qəsəbəsində yeni filial açdı!Bu gün, 11:27
Bütün xəbərlər