“Dövlət rüsumu haqqında” qanunla bağlı fərmanda dəyişikliklər edilib
Prezident İlham Əliyev “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 621 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, fərmanda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1381-IVQD nömrəli Qanununun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 621 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 767; 2006, № 12, maddə 1057; 2008, № 9, maddə 798; 2012, № 6, maddə 547, № 12, maddə 1271; 2013, № 11, maddə 1327, № 12, maddə 1510; 2014, № 4, maddə 360; 2016, № 1, maddə 43) 2.6-2.8-ci bəndləri ləğv edilsin”.
1news.az