Hərbi tibb xidməti üzrə ekspertlərin görüşü keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Hərbi tibb xidməti üzrə ekspertlərin görüşü keçirilib

18:58 - 06 / 09 / 2016
Hərbi tibb xidməti üzrə ekspertlərin görüşü keçirilib

Müdafiə Nazirliyi ilə Almaniya Federativ Respublikası Federal Müdafiə Nazirliyi arasında ikitərəfli əməkdaşlıq planına əsasən sentyabrın 6-da Bakı şəhərində tibb xidməti üzrə ekspertlərin görüşü keçirilib.

1news.az-ın məlumatına görə, tədbirdə Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəisi general-mayor Natiq Əliyev, Almaniya Federativ Respublikası Federal Müdafiə Nazirliyi Çevik Tibb Əməliyyat mərkəzinin nümayəndələri Ronni Mixel və Mikael Zann iştirak ediblər.

İki gün davam edəcək tədbirdə hərbi tibb mütəxəssisləri “Tibb bölmələri əməliyyatlarda” mövzusunda müzakirələr aparacaq, təcrübə və fikir mübadiləsi keçirəcəklər.

Səfər zamanı qonaqlar Silahlı Qüvvələrin Baş Klinik Hospitalına baş çəkərək bölmə və şöbələrdə yaradılmış şəraitlə, eləcə də müasir tibbi avadanlıqla təchiz edilmiş müalicə korpusları ilə tanış olacaqlar.

1news.az

 

Paylaş:
548

Son xəbərlər

Bütün xəbərlər