Dan Stav: Azərbaycanın bölgələrinə investorları cəlb etmək üçün münbit şərait var | 1news.az | Xəbərlər
Siyasət

Dan Stav: Azərbaycanın bölgələrinə investorları cəlb etmək üçün münbit şərait var

23:04 - 06 / 09 / 2016
Dan Stav: Azərbaycanın bölgələrinə investorları cəlb etmək üçün münbit şərait var

Azərbaycanın bölgələrinə investorları cəlb etmək üçün münbit şərait var. Xüsusilə rayonlarda kənd təsərrüfatını inkişaf etdirmək daha yaxşı səmərə verə bilər.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, bu fikirləri İsrailin ölkəmizdəki səfiri Dan Stav Lənkərana səfəri çərçivəsində jurnalistlərə müsahibəsində bildirib.

Səfir qeyd edib ki, hər hansı ölkəyə investorları cəlb etmək üçün iki amil - siyasi sabitlik və inamın olması əsas şərtdir. Azərbaycanda isə bunların hər ikisi var.

Gələcəkdə israilli investorları Azərbaycanın bölgələrinə cəlb etməyin mümkün olacağını vurğulayan Dan Stav Lənkəranda kənd təsərrüfatının bir neçə qolunu inkişaf etdirmək üçün münbit şəraitin, İsraildə isə çox yüksək kənd təsərrüfatı sisteminin olduğunu diqqətə çatdırıb.

Səfirin sözlərinə görə, İsraildən Azərbaycana kənd təsərrüfatı mütəxəssislərini və investorları cəlb etməklə bu sahədə çox yaxşı əməkdaşlıq yarana bilər.

1news.az

 

Paylaş:
932

Son xəbərlər

Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04PAŞA Sığorta könüllü əmlak sığortası əldə edən müştərilərə avtomobil qazanmaq şansı təqdim edir!Bu gün, 13:00Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilibBu gün, 12:49“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31Azərbaycan-İran xüsusi təyinatlılarının “Araz – 2024” birgə taktiki təlimi keçirilirBu gün, 12:21Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12Prezident Surinamın dövlət başçısını təbrik edibBu gün, 12:09MEDİA çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 12:09İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərinə təbrik məktubu ünvanlayıbBu gün, 12:08Azər Əmiraslanov: “Gələn il sosial paket 3 milyon insanı əhatə edəcək”Bu gün, 11:58Leysan yağacaq - XƏBƏRDARLIQBu gün, 11:47Sahibə Qafarova: Bu il iqtisadiyyatın əsas sektorlarında mühüm uğurlar müşahidə edilirBu gün, 11:35ABB Bakıxanov qəsəbəsində yeni filial açdı!Bu gün, 11:27
Bütün xəbərlər