Referendumla əlaqədar qeydiyyata alınan müşahidəçilərin sayı açıqlanıb
Referendumda müşahidə aparmaq üçün Mərkəzi Seçki Komissiyasında (MSK) 846 müşahidəçi qeydiyyatdan keçib
1news.az xəbər verir ki, bu barədə MSK sədri Məzahir Pənahov məlumat verib.
Onun sözlərinə görə, MSK-da qeydiyyatdan keçən müşahidəçilərdən 598 nəfəri 2 QHT-nin müşahidəçisidir, 2 nəfər xüsusi icazə ilə, qalanları öz təşəbbüsləri ilə qeydiyyatdan keçib.
Seçki dairələrində isə 37 429 müşahidəçi qeydiyyatdan keçib. Onlardan 22481 nəfəri öz təşəbbüsü il qeydiyyatdan keçib. Onlardan 881 nəfəri QHT-nin müşahidəçisidir. “Yeni Azərbaycan” təşviqat qrupunun 4410, “Vətəndaş Cəmiyyəti” təşviqat qrupunun 3024, “Bələdiyyə” təşviqat qrupunun 4577 müşahidəçisi qeydiyyatdan keçib. Qalan müşahidəçilər siyasi partiyaların təmsilçiləridir.
1news.az