Akif Çovdarovun məhkəmə prosesinin vaxtı məlum olub
Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və nəqliyyat sahələrində təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun məhkəmə prosesinin vaxtı məlum olub.
1news.az-ın verdiyi xəbərə görə, A.Çovdarov və onunla birgə tutulan digər 4 sabiq MTN-çinin işi üzrə hazırlıq iclası sentyabrın 20-nə təyin edilib.
Cinayət işinə Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi, hakimlər Elbəy Allahverdiyev və Müslüm Əliyevin iştirakı ilə baxılacaq.
Xatırladaq ki, A.Çovdarov ilə bərabər, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin idarə rəisi Akif Əliyev, şöbə rəisi Orxan Osmanov, həmçinin Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Natiq Alıyev və Zaur Məmmədov da həbs edilib.
Mövzu ilə əlaqədar oxuyun:
Baş Prokurorluq Akif Çovdarovun istintaqı ilə bağlı yeni açıqlama yayıb
Akif Çovdarov Tağı Əhmədovdan 3 milyonu necə alıb? - TƏFƏRRÜAT
1news.az