İlham Əliyev makedoniyalı həmkarını təbrik edib
Prezident İlham Əliyev Makedoniya Respublikasının prezidenti Gyorge İvanova təbrik məktubu göndərib.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, məktubda deyilir:
“Hörmətli cənab Prezident,
Ölkənizin milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Əminəm ki, Azərbaycan və Makedoniya arasındakı dostluq və əməkdaşlıq münasibətləri, daim genişlənən əlaqələrimiz bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Makedoniya xalqına əmin-amanlıq və rifah arzulayıram”.
1news.az
928