MDB ölkələrinin baş prokurorları Azərbaycanın terrorizmlə mübarizə təcrübəsini müzakirə ediblər | 1news.az | Xəbərlər
Siyasət

MDB ölkələrinin baş prokurorları Azərbaycanın terrorizmlə mübarizə təcrübəsini müzakirə ediblər

22:38 - 07 / 09 / 2016
MDB ölkələrinin baş prokurorları Azərbaycanın terrorizmlə mübarizə təcrübəsini müzakirə ediblər

Sentyabrın 7-də Belarus paytaxtında MDB iştirakçıları olan dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 26-cı iclası keçirilib.

İclasda terrorizm, korrupsiya, narkotiklərin qanunsuz dövriyyəsi, insan alveri və qeyri-qanuni miqrasiya ilə mübarizədə əməkdaşlıq proqramları müzakirə olunub. İştirakçılar, həmçinin terrorizm və ekstremizmin digər zorakı təzahürlərinə qarşı mübarizədə Azərbaycan təcrübəsini müzakirə ediblər.

Şura üzvləri Nürnberq Beynəlxalq Hərbi Tribunalının 70 illiyi ilə bağlı bəyanat məsələsini nəzərdən keçiriblər.

Bir sıra sənədlər müzakirəsiz qəbul edilib.

AZƏRTAC

Paylaş:
533

Son xəbərlər

Bütün xəbərlər