Prezident bir neçə siyahıda dəyişiklik etdi
Prezident İlham Əliyev xarici ölkələrlə iqtisadi əməkdaşlıq üzrə komissiyaların Azərbaycan Respublikası tərəfindən tərkibinin təkmilləşdirilməsi ilə əlaqədar bəzi sərəncamlarında dəyişikliklər edilməsi haqqında sərəncam imzalayıb.
1news.az AzərTAc-a istinadən xəbər verir ki, ölkə başçısının “Azərbaycan Respublikasının Avropa İttifaqı ilə əməkdaşlığı üzrə Dövlət Komissiyasının yaradılması haqqında” sərəncamının 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilib:
1.1. “daxili işlər nazirinin müavini” sözləri “daxili işlər nazirinin birinci müavini” sözləri ilə, “Əli Şəfiyev - Azərbaycan Respublikasının milli təhlükəsizlik nazirinin müavini” sözləri “Rauf Xələfov - Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Baş idarə rəisi” sözləri ilə, “Bəhram Əliyev” sözləri “İlham Quliyev” sözləri ilə, “İlqar Rəhimov” sözləri “Mətin Kərimli” sözləri ilə, “rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini” sözləri “rabitə və yüksək texnologiyalar nazirinin müavini” sözləri ilə və “Qulu Novruzov” sözləri “Ceyhun Bayramov” sözləri ilə əvəz edilsin;
1.2. “İlqar Muradov – Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi sədrinin müavini” sözləri çıxarılsın.
2. “Azərbaycan Respublikası ilə Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 4 iyul tarixli 1554 nömrəli Sərəncamının 1-ci hissəsində “Misir Mərdanov” sözləri “Mikayıl Cabbarov” sözləri ilə, “Süleyman Tatlıyev – Azərbaycan Respublikasının Sənaye və Ticarət Palatasının prezidenti” sözləri “Rövnəq Abdullayev – Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti” sözləri ilə və “regionlararası iqtisadi əlaqələr şöbəsinin müdiri (məsul katib)” sözləri “MDB ölkələri ilə iqtisadi əlaqələr şöbəsinin müdiri (məsul katib)” sözləri ilə əvəz edilsin.
3. “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının tərkibinin təsdiq edilməsi barədə” sərəncamın 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
3.1. “Natiq Əliyev – Azərbaycan Respublikasının energetika naziri” sözləri, “Yavər Camalov – Azərbaycan Respublikasının müdafiə sənayesi naziri” sözləri, “Nazim İbrahimov – Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri” sözləri və “Süleyman Tatlıyev – Azərbaycan Respublikasının Ticarət və Sənaye Palatasının Prezidenti” sözləri çıxarılsın;
3.2. “Bəhram Əliyev” sözləri “İlham Quliyev” sözləri ilə əvəz edilsin və həmin sözlərdən sonra “Ceyhun Bayramov – Azərbaycan Respublikası təhsil nazirinin müavini” və “Abbas Vəlibəyov – Azərbaycan Respublikası səhiyyə nazirinin müavini” sözləri, “Qüdrət Qurbanov – Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının rəisi” sözlərindən sonra “Fərhad Tağı-zadə - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini” sözləri əlavə edilsin.
4. “Azərbaycan Respublikası və İtaliya Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 20 sentyabr tarixli 1680 nömrəli Sərəncamının 1-ci hissəsində “Vaqif Sadıqov” sözləri “Məmməd Əhmədzadə” sözləri ilə, “Natiq Məmmədov” sözləri “Mətin Kərimli” sözləri ilə, “Qulu Novruzov” sözləri “Firudin Qurbanov” sözləri ilə və “Qüdrət Qurbanov - Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının rəisi” sözləri “Ehtiram Rəhimov - Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyası rəisinin müavini” sözləri ilə əvəz edilsin.
5. “Azərbaycan-Fransa İqtisadi Komissiyasının Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 sentyabr tarixli 1699 nömrəli Sərəncamının 1-ci hissəsində “Bəhram Əliyev” sözləri “Seyfəddin Talıbov” sözləri ilə və “Qüdrət Qurbanov - Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının rəisi” sözləri “Ehtiram Rəhimov - Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyası rəisinin müavini” sözləri ilə əvəz edilsin.
6. “Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 16 oktyabr tarixli 1737 nömrəli Sərəncamının 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
6.1. “Natiq Əliyev – Azərbaycan Respublikasının energetika naziri” və “Cahangir Hacıyev – “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin idarə heyətinin sədri” sözləri çıxarılsın;
6.2. “Yavər Camalov – Azərbaycan Respublikasının müdafiə sənayesi naziri” sözləri “Tofiq Rəfiyev – Azərbaycan Respublikası müdafiə sənayesi nazirinin müavini” sözləri ilə, “Qulu Novruzov” sözləri “Firudin Qurbanov” sözləri ilə, “regionlararası iqtisadi əlaqələr şöbəsinin müdiri (məsul katib)” sözləri “MDB ölkələri ilə iqtisadi əlaqələr şöbəsinin müdiri (məsul katib)” sözləri ilə əvəz edilsin.
7. “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Azərbaycan-Pakistan Birgə Komissiyasının Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi barədə” sərəncamın 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
7.1. “rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini” sözləri “rabitə və yüksək texnologiyalar nazirinin müavini” sözləri ilə, “Qulu Novruzov” sözləri “Firudin Qurbanov” sözləri ilə, “Bəhram Əliyev” sözləri “İlham Quliyev” sözləri ilə və “Daşqın Şikarov” sözləri “Əli Əlizadə” sözləri ilə əvəz edilsin;
7.2. ikinci halda “Yavər Camalov – Azərbaycan Respublikasının müdafiə sənayesi naziri” sözləri çıxarılsın.
8. “Azərbaycan Respublikası ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi barədə” sərəncamın 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
8.1. “Əli Abbasov – Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri” sözləri “Ramin Quluzadə - Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri” sözləri ilə, “İsmət Abasov” sözləri “Heydər Əsədov” sözləri ilə, “Misir Mərdanov” sözləri “Mikayıl Cabbarov” sözləri ilə, “Füzuli Ələkbərov” sözləri “Səlim Müslümov” sözləri ilə, “Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının” sözləri “Azərbaycan Respublikası Prezidenti Administrasiyasının” sözləri ilə, “Süleyman Tatlıyev” sözləri “Niyaz Əlizadə” sözləri ilə və “Azərenerji” Səhmdar Cəmiyyətinin prezidenti” sözləri “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti” sözləri ilə əvəz edilsin;
8.2. “Cahangir Hacıyev - “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri” sözləri çıxarılsın.
9. “Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” sərəncamın 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
9.1. “Əli Abbasov – Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri” sözləri “Ramin Quluzadə - Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri” sözləri ilə əvəz edilsin;
9.2. “Cahangir Hacıyev - “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri” sözləri çıxarılsın.
10. “Azərbaycan Respublikası Hökuməti ilə Yunanıstan Respublikası Hökuməti arasında iqtisadi, sənaye və texnoloji sahələrdə əməkdaşlıq üzrə birgə komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi barədə” sərəncamın 1-ci hissəsində “Qulu Novruzov” sözləri “Ceyhun Bayramov” sözləri ilə, “Bəhram Əliyev” sözləri “İlham Quliyev” sözləri ilə, “rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini” sözləri “rabitə və yüksək texnologiyalar nazirinin müavini” sözləri ilə və “Qüdrət Qurbanov - Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının rəisi” sözləri “Ehtiram Rəhimov - Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyası rəisinin müavini” sözləri ilə əvəz edilsin.
11. “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” sərəncamın 1-ci hissəsində “İsmət Abasov” sözləri “Heydər Əsədov” sözləri ilə, “Misir Mərdanov” sözləri “Mikayıl Cabbarov” sözləri ilə, “Əli Abbasov – Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri” sözləri “Ramin Quluzadə - Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri” sözləri ilə və “Süleyman Tatlıyev” sözləri “Niyaz Əlizadə” sözləri ilə əvəz edilsin.
12. “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası üzrə yeni tərkibinin təsdiq edilməsi haqqında” sərəncamın 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
12.1. “Bəhram Əliyev” sözləri “Seyfəddin Talıbov” sözləri ilə, “Qulu Novruzov” sözləri “Firudin Qurbanov” sözləri ilə və “Zakir Həşimov” sözləri “Rəşad Məmmədov” sözləri ilə əvəz edilsin;
12.2. “Nazim İbrahimov – Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri” sözləri və “Ramiz Həsənov – Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri” sözləri çıxarılsın.
13. “Azərbaycan Respublikası ilə Türkmənistan Respublikası arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” sərəncamın 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
13.1. “Natiq Əliyev – Azərbaycan Respublikasının energetika naziri” sözləri “Natiq Abbasov – Azərbaycan Respublikası energetika nazirinin müavini” sözləri ilə, “Aydın Əliyev – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri” sözləri “Əsgər Abdullayev – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini” sözləri ilə, “Dövlət Neft Şirkətinin sərmayələr və marketinq üzrə vitse-prezidenti” sözləri “Dövlət Neft Şirkətinin vitse-prezidenti” sözləri ilə, “Azərbaycan Dövlət Dəmir Yolları” sözləri “Azərbaycan Dəmir Yolları” sözləri ilə və “Vəhdət Sultanzadə” sözləri “Həsən Zeynalov” sözləri ilə əvəz edilsin;
13.2. “İlqar Fəti-zadə - Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini” sözləri, “İlham Quliyev – Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini” sözləri, “Nazim İbrahimov – Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri” sözləri, “Etibar Pirverdiyev – “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti” sözləri və “Vadim Xubanov – Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini” sözləri çıxarılsın.
14. “Azərbaycan Respublikası Hökuməti və Mərakeş Krallığı Hökuməti arasında ikitərəfli əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” sərəncamın 1-ci hissəsində “Bəhram Əliyev” sözləri “Seyfəddin Talıbov” sözləri ilə, “Qulu Novruzov” sözləri “Firudin Qurbanov” sözləri ilə, “rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini” sözləri “rabitə və yüksək texnologiyalar nazirinin müavini” sözləri ilə və “Sabir Ağabəyov” sözləri “Tarik Əliyev” sözləri ilə əvəz edilsin.
15. “Azərbaycan Respublikası Hökuməti və Hindistan Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi və texnoloji əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” sərəncamın 1-ci hissəsində “Bəhram Əliyev” sözləri “İlham Quliyev” sözləri ilə, “Qulu Novruzov” sözləri “Firudin Qurbanov” sözləri ilə və “rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini” sözləri “rabitə və yüksək texnologiyalar nazirinin müavini” sözləri ilə əvəz edilsin.
16. “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əməkdaşlıq üzrə Birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” sərəncamın 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
16.1. “Natiq Əliyev – Azərbaycan Respublikasının energetika naziri” sözləri “Natiq Abbasov – Azərbaycan Respublikası energetika nazirinin müavini” sözləri ilə, “Əli Abbasov – Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri” sözləri “İltimas Məmmədov – Azərbaycan Respublikası rabitə və yüksək texnologiyalar nazirinin müavini” sözləri ilə, “Azad Rəhimov – Azərbaycan Respublikasının gənclər və idman naziri” sözləri “İsmayıl İsmayılov - Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini” sözləri ilə, “Bəhram Əliyev” sözləri “İlham Quliyev” sözləri ilə, “Namiq Abbasov” sözləri “Hüseyn Quliyev” sözləri ilə əvəz edilsin;
16.2. “Füzuli Ələkbərov – Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri” sözləri və “Nazim İbrahimov – Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri” sözləri çıxarılsın.
17. “Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” sərəncamın 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
17.1. “Aslan Aslanov” sözləri “İlham Quliyev” sözləri ilə, “rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini” sözləri “rabitə və yüksək texnologiyalar nazirinin müavini” sözləri ilə və “Məhərrəm Əliyev” sözləri “Abbasəli Həsənov” sözləri ilə əvəz edilsin;
17.2. “Nazim İbrahimov – Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri” sözləri çıxarılsın.
18. “Azərbaycan Respublikası Hökuməti və İordaniya Haşimilər Krallığı Hökuməti arasında Ticarət, İqtisadi və Texniki Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” sərəncamın 1-ci hissəsində “Bəhram Əliyev” sözləri “İlham Quliyev” sözləri ilə, “Qulu Novruzov” sözləri “Ceyhun Bayramov” sözləri ilə, “rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini” sözləri “rabitə və yüksək texnologiyalar nazirinin müavini” sözləri ilə, “Qüdrət Qurbanov - Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının rəisi” sözləri “Ehtiram Rəhimov - Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyası rəisinin müavini” sözləri ilə və “Elman Araslı” sözləri “Sabir Ağabəyov” sözləri ilə əvəz edilsin.
19. “Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” sərəncamın 1-ci hissəsində “Qulu Novruzov” sözləri “Firudin Qurbanov” sözləri ilə, “Qüdrət Qurbanov - Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının rəisi” sözləri “Ehtiram Rəhimov - Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyası rəisinin müavini” sözləri ilə və “Emil Kərimov” sözləri “Nərgiz Qurbanova” sözləri ilə əvəz edilsin.
20. “Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” sərəncamın 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
20.1. “Bəhram Əliyev” sözləri “İlham Quliyev” sözləri ilə, “Qulu Novruzov” sözləri “Firudin Qurbanov” sözləri ilə, “rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini” sözləri “rabitə və yüksək texnologiyalar nazirinin müavini” sözləri ilə, “Qüdrət Qurbanov - Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının rəisi” sözləri “Ehtiram Rəhimov - Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyası rəisinin müavini” sözləri ilə və “Elxan Qəhrəmanov” sözləri “Daşqın Şikarov” sözləri ilə əvəz edilsin;
20.2. “Cahangir Hacıyev - “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri” sözləri çıxarılsın.21. Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” sərəncamın 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
21.1. “Arif Ağayev” sözləri “Hidayət Orucov” sözləri ilə əvəz edilsin;
21.2. “Natiq Əliyev – Azərbaycan Respublikasının energetika naziri” sözləri çıxarılsın.
22. “Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” sərəncamın 1-ci hissəsində “Qulu Novruzov” sözləri “Firudin Qurbanov” sözləri ilə, “Qüdrət Qurbanov - Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının rəisi” sözləri “Ehtiram Rəhimov - Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyası rəisinin müavini” sözləri ilə, “Rövnəq Abdullayev - Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti” sözləri “Elşad Nəsirov - Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti” sözləri ilə və “Eldar Həsənov” sözləri “Fərid Abdinbəyov” sözləri ilə əvəz edilsin.
23. “Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclik sahələrində əməkdaşlıq üzrə Müştərək Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi barədə” sərəncamının 1-ci hissəsində “İlqar Rəhimov” sözləri “Mətin Kərimli” sözləri ilə, “Bəhram Əliyev” sözləri “İlham Quliyev” sözləri ilə, “Qulu Novruzov” sözləri “Ceyhun Bayramov” sözləri ilə, “rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini” sözləri “rabitə və yüksək texnologiyalar nazirinin müavini” sözləri ilə, “Qüdrət Qurbanov - Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının rəisi” sözləri “Ehtiram Rəhimov - Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyası rəisinin müavini” sözləri ilə, “Arif Məmmədov - Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru” sözləri “Hacıağa Əliyev - Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyası direktorunun müavini” sözləri ilə və “Arif Həşimov - Azərbaycan Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti” sözləri “İbrahim Quliyev - Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti” sözləri ilə əvəz edilsin.
24. “Azərbaycan Respublikası ilə Böyük Liviya Ərəb Xalq Sosialist Cəmahiriyyəsi arasında Müştərək Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” sərəncamda aşağıdakı dəyişikliklər edilsin:
24.1. adında və mətnində “Böyük Liviya Ərəb Xalq Sosialist Cəmahiriyyəsi” sözləri “Liviya” sözü ilə əvəz edilsin;
24.2. 1-ci hissə üzrə:
24.2.1. “Bəhram Əliyev” sözləri “İlham Quliyev” sözləri ilə, “Qulu Novruzov” sözləri “Firudin Qurbanov” sözləri ilə, “Qüdrət Qurbanov - Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının rəisi” sözləri “Ehtiram Rəhimov - Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyası rəisinin müavini” sözləri ilə və “Ceyhun Məmmədov” sözləri “Nahid Məmmədov” sözləri ilə əvəz edilsin;
24.2.2. “Ağasəlim Şükürov – Azərbaycan Respublikasının Böyük Liviya Ərəb Xalq Sosialist Cəmahiriyyəsindəki fövqəladə və səlahiyyətli səfiri” sözləri və ”, ictimai məsələlər və analitik təhlil” sözləri çıxarılsın.
25. “Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” sərəncamın 1-ci hissəsində “İlqar Rəhimov” sözləri “Mətin Kərimli” sözləri ilə, “Bəhram Əliyev” sözləri “İlham Quliyev” sözləri ilə və “Qulu Novruzov” sözləri “Ceyhun Bayramov” sözləri ilə əvəz edilsin.
26. “Azərbaycan Respublikası və Polşa Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” sərəncamın 1-ci hissəsində “Bəhram Əliyev” sözləri “İlham Quliyev” sözləri ilə və “Qüdrət Qurbanov - Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının rəisi” sözləri “Ehtiram Rəhimov - Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyası rəisinin müavini” sözləri ilə əvəz edilsin.
27. “Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” sərəncamın 1-ci hissəsində “vergilər nazirinin müavini” sözləri “vergilər nazirinin birinci müavini” sözləri ilə, “Qüdrət Qurbanov - Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının rəisi” sözləri “Ehtiram Rəhimov - Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyası rəisinin müavini” sözləri ilə və “Murad Nəcəfbəyli” sözləri “Əkrəm Zeynallı” sözləri ilə əvəz edilsin.
28. “Azərbaycan Respublikası və Latviya Respublikası arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” sərəncamın 1-ci hissəsində “Qulu Novruzov” sözləri “Firudin Qurbanov” sözləri ilə, “rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini” sözləri “rabitə və yüksək texnologiyalar nazirinin müavini” sözləri ilə, “Qüdrət Qurbanov - Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının rəisi” sözləri “Ehtiram Rəhimov - Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyası rəisinin müavini” sözləri ilə və “Elman Zeynalov” sözləri “Cavanşir Axundov” sözləri ilə əvəz edilsin.
29. “Azərbaycan Respublikası ilə Avstriya Respublikası arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələrində əməkdaşlıq üzrə Qarışıq Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” sərəncamın 1-ci hissəsində “Əli Abbasov” sözləri “Ramin Quluzadə” sözləri ilə və “Bəhram Əliyev” sözləri “Seyfəddin Talıbov” sözləri ilə əvəz edilsin.
30. “Azərbaycan Respublikası və Misir Ərəb Respublikası arasında Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” sərəncamın 1-ci hissəsində “Qulu Novruzov” sözləri “Firudin Qurbanov” sözləri ilə, “Qüdrət Qurbanov - Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının rəisi” sözləri “Ehtiram Rəhimov - Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyası rəisinin müavini” sözləri ilə və “Şahin Abdullayev” sözləri “Tural Rzayev” sözləri ilə əvəz edilsin.
31. “Azərbaycan Respublikası Hökuməti və Litva Respublikası Hökuməti arasında İkitərəfli Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” sərəncamın 1-ci hissəsində “rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini” sözləri “rabitə və yüksək texnologiyalar nazirinin müavini” sözləri ilə, “Qüdrət Qurbanov - Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının rəisi” sözləri “Ehtiram Rəhimov - Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyası rəisinin müavini” sözləri ilə, “Akif Əlizadə” sözləri “İbrahim Quliyev” sözləri ilə və “Nairə Şahtaxtinskaya” sözləri “Həsən Məmmədzadə” sözləri ilə əvəz edilsin.
32. “Azərbaycan Respublikası Hökuməti və Suriya Ərəb Respublikası Hökuməti arasında iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” sərəncamın 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
32.1. “İsmət Abasov” sözləri “Heydər Əsədov” sözləri ilə, “Qulu Novruzov” sözləri “Firudin Qurbanov” sözləri ilə, “Qüdrət Qurbanov - Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının rəisi” sözləri “Ehtiram Rəhimov - Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyası rəisinin müavini” sözləri ilə və “Akif Əlizadə” sözləri “İbrahim Quliyev” sözləri ilə əvəz edilsin;
32.2. “Mahir Əliyev – Azərbaycan Respublikasının Suriya Ərəb Respublikasında fövqəladə və səlahiyyətli səfiri” sözləri çıxarılsın.
33. “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyasının Sankt-Peterburq Hökuməti arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi haqqında” sərəncamın 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
33.1. “Yaqub Eyyubov – Azərbaycan Respublikası Baş nazirinin birinci müavini” sözləri “Sahib Məmmədov - Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini” sözləri ilə, “Abbas Ələsgərov – Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri” sözləri “Dövlətxan Dövlətxanov – Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini” sözləri ilə, “Qulu Novruzov” sözləri “Firudin Qurbanov” sözləri ilə, “Arif Həşimov – Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti” sözləri “İbrahim Quliyev – Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti” sözləri ilə və “Qüdsi Osmanov” sözləri “Sultan Qasımov” sözləri ilə əvəz edilsin;
33.2. “Natiq Əliyev – Azərbaycan Respublikasının energetika naziri” sözləri, “Niyazi Səfərov – Azərbaycan Respublikası iqtisadiyyat və sənaye nazirinin müavini” sözləri və “İntiqam Babayev – Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini” sözləri çıxarılsın.
34. “Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında Əməkdaşlıq üçün Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” sərəncamın 1-ci hissəsində “Qulu Novruzov” sözləri “Ceyhun Bayramov” sözləri ilə, “Qüdrət Qurbanov - Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının rəisi” sözləri “Ehtiram Rəhimov - Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyası rəisinin müavini” sözləri ilə, “Akif Əlizadə” sözləri “İbrahim Quliyev” sözləri ilə və “Tural Rzayev” sözləri “Elxan Qəhrəmanov” sözləri ilə əvəz edilsin.
35. “Azərbaycan Respublikası Hökuməti və Çexiya Respublikası Hökuməti arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” sərəncamın 1-ci hissəsində “Aslan Aslanov” sözləri “Seyfəddin Talıbov” sözləri ilə, “Qulu Novruzov” sözləri “Ceyhun Bayramov” sözləri ilə, “Qüdrət Qurbanov - Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının rəisi” sözləri “Ehtiram Rəhimov - Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyası rəisinin müavini” sözləri ilə və “Tahir Tağızadə” sözləri “Fərid Şəfiyev” sözləri ilə əvəz edilsin.
36. “Azərbaycan Respublikası Hökuməti və İraq Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” sərəncamın 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
36.1. “Əli Abbasov” sözləri “Ramin Quluzadə” sözləri ilə, “Elmar Qasımov” sözləri “Ceyhun Bayramov” sözləri ilə və “Akif Əlizadə” sözləri “İbrahim Quliyev” sözləri ilə əvəz edilsin;
36.2. “Elman Araslı - Azərbaycan Respublikasının İraq Respublikasında fövqəladə və səlahiyyətli səfiri” sözləri çıxarılsın.
37. “Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” sərəncamın 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
37.1. “Aslan Aslanov” sözləri “İlham Quliyev” sözləri ilə, “Qulu Novruzov” sözləri “Ceyhun Bayramov” sözləri ilə və “rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini” sözləri “rabitə və yüksək texnologiyalar nazirinin müavini” sözləri ilə əvəz edilsin;
37.2. “Rumıniyada və eyni zamanda” sözləri və “Namiq Xəlilov – Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi” sözləri çıxarılsın.
38. “Azərbaycan Respublikası Hökuməti və Estoniya Respublikası Hökuməti arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” sərəncamın 1-ci hissəsində “Əli Abbasov” sözləri “Ramin Quluzadə” sözləri ilə, “Mərkəzi Bankının İdarə Heyəti sədrinin müavini” sözləri “Mərkəzi Bankı sədrinin müavini” sözləri ilə və “Tofiq Zülfüqarov” sözləri “Murad Nəcəfbəyli” sözləri ilə əvəz edilsin.
39. “Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” sərəncamın 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
39.1. “Cavanşir Axundov” sözləri “Bünyad Hüseynov” sözləri ilə, “Mərkəzi Bankının İdarə Heyəti” sözləri “Mərkəzi Bankı” sözləri ilə və “Arif Əsgərov – “Azərbaycan Dövlət Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri” sözləri “Cavid Qurbanov – “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri” sözləri ilə əvəz edilsin;
39.2. “Ədalət Vəliyev - Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini” sözlərindən sonra “Natiq Abbasov - Azərbaycan Respublikası energetika nazirinin müavini” sözləri əlavə edilsin.
40. “Azərbaycan Respublikası Hökuməti və Monteneqro Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” sərəncamın 1-ci hissəsində “Aslan Aslanov” sözləri “Seyfəddin Talıbov” sözləri ilə, “rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini” sözləri “rabitə və yüksək texnologiyalar nazirinin müavini” sözləri ilə və “Qulu Novruzov” sözləri “Ceyhun Bayramov” sözləri ilə əvəz edilsin.
41. “Azərbaycan Respublikası Hökuməti və Xorvatiya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlığı təşviq etmək məqsədi ilə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi haqqında” sərəncamın 1-ci hissəsində “rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini” sözləri “rabitə və yüksək texnologiyalar nazirinin müavini” sözləri ilə əvəz edilsin.
42. “Azərbaycan Respublikasının Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi haqqında” sərəncamın 1-ci hissəsində “Namiq Xəlilov – Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi” sözləri çıxarılsın.
43. “Azərbaycan Respublikası Hökuməti və Koreya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi haqqında” sərəncamın1-ci hissəsində “rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini” sözləri “rabitə və yüksək texnologiyalar nazirinin müavini” sözləri ilə əvəz edilsin.
44. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-43-cü hissələri ilə edilən dəyişikliklər barədə qarşı tərəflərə bir ay müddətində müvafiq bildirişlər göndərsin.
1news.az