Bu gün Moskvada Dağlıq Qarabağla bağlı məsləhətləşmələr keçiriləcək | 1news.az | Xəbərlər
Siyasət

Bu gün Moskvada Dağlıq Qarabağla bağlı məsləhətləşmələr keçiriləcək

09:40 - 08 / 09 / 2016
Bu gün Moskvada Dağlıq Qarabağla bağlı məsləhətləşmələr keçiriləcək

Bu gün Rusiya paytaxtında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsləhətləşmələr  keçiriləcək.

1news.az-ın APA-ya istinadən verdiyi məlumata əsasən, ATƏT-in Minsk Qrupu həmsədrləri olan İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ) və Pyer Andrie (Fransa) növbəti məsləhətləşmələr üçün Moskvada toplaşıblar.

Məsləhətləşmələrdə ATƏT sədrinin şəxsi köməkçisi Anjel Kaspşik də iştirak edəcək.

Görüşdə Dağlıq Qarabağ münaqişəsinin  nizamlanması ilə bağlı aktual məsələlərin müzakirə olunacağı, mayın 16-da Vyanada və iyunun 20-də Sankt-Peterburqda keçirilən görüşlərdə əldə olunmuş razılaşmaların reallaşdırılmasının gedişatına xüsusi diqqət yetiriləcəyi bildirilib.

1news.az  

Paylaş:
627

Son xəbərlər

Bütün xəbərlər