“Elmlər Akademiyası” metro stansiyasının 1-ci vestibülü sentyabrın 15-də istifadəyə veriləcək
“Elmlər Akademiyası” metro stansiyasının 1-ci vestibülü sentyabrın 15-də istifadəyə veriləcək.
1news.az-ın “Bakı Metropoliteni” QSC-yə istinadən verdiyi xəbərə görə, “Elmlər Akademiyası” metro stansiyasının 1-ci vestibülündə aparılan təmir işləri başa çatmaq üzrədir, işlərin əksər hissəsi görülüb.
Stansiyanın 1-ci vestibülünün açılışı oktyabr ayına planlaşdırılmasına baxmayaraq, sentyabrın 15-də yeni dərs ilinin başlamasını, xüsusilə də “Elmlər Akademiyası” stansiyasında sıxlıq yaranacağını nəzərə alaraq, sentyabrın 15-də stansiyanın açılışı nəzərdə tutulur.
Qeyd edək ki, vestibülün bağlanmasına səbəb 3 eskalatorun istismar müddətini başa vurması olub. Buna görə də həmin vestibüldəki hər 3 eskalator sökülərək yeni, müasir eskalatorlarla əvəzlənib. Eskalatorla yanaşı, stansiyanın birinci vestibülü də təmir edilir.
1news.az