Bakıda bahalı avtomobil yeraltı keçidə aşdı, üç nəfər xəsarət aldı – FOTO – YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda bahalı avtomobil yeraltı keçidə aşdı, üç nəfər xəsarət aldı – FOTO – YENİLƏNİB

17:16 - 09 / 09 / 2016
Bakıda bahalı avtomobil yeraltı keçidə aşdı, üç nəfər xəsarət aldı – FOTO – YENİLƏNİB

Dünən axşam saatlarında Bakının Neftçilər prospektində baş verən ağır yol-nəqliyyat hadisəsinin təfərrüatları məlum olub.

1news.az-ın məlumatına görə, hadisə dünən gecə saatlarında, Neftçilər prospektində, Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının qarşısında baş verib.

Belə ki, yüksək sürətlə hərəkət edən “Range Rover Vogue” markalı avtomobil adıçəkilən teatrın qarşısındakı piyada keçidinə aşıb.

“Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin sözlərinə görə, qəza nəticəsində piyada keçidinə azı 8 min manat məbləğində zərər dəyib. Faktla bağlı akt tərtib olunaraq aidiyyatı qurumlara göndərilib.

Öz növbəsində Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsindən bildiriblər ki, hadisəni törədən 90-RE-006 dövlət nömrə nişanlı “Range Rover Vogue” markalı avtomobilin sürücüsünün kimliyi məlum olub. Belə ki, bu, 29 yaşl paytaxt sakini Hüseyn Əliyevdir. Hadisə zamanı o və yanındakı iki sərnişin də xəsarət alıb.

Hadisəyə səbəb kimi isə avtomobilin yüksək sürətlə hərəkət etməsi və sürücününü idarəetməni itirməsi göstərilib.

10:55

Bakının mərkəzində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Şahidlərin 1news.az-a verdikləri məlumata görə, hadisə dünən gecə saatlarında, Neftçilər prospektində, Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının qarşısında qeydə alınıb.

Belə ki, “Range Rover Vogue” markalı avtomobil yoldan çıxaraq yaxınlıqdakı yeraltı piyada keçidinə düşüb. Hadisəyə səbəb kimi yüksək sürətlə gedən avtomobilin sürücüsünün idarəetməni itirməsi göstərilir.

Hadisə nəticəsində avtomobildə olan bir neçə şəxsin xəsarət alması bildirilir.

1news.az

 

Paylaş:
717

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər