Kaliforniyanın Berkli Universitetində azərbaycanlı professor Lütfi Zadəyə Azərbaycan medalı təqdim olunub – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Kaliforniyanın Berkli Universitetində azərbaycanlı professor Lütfi Zadəyə Azərbaycan medalı təqdim olunub – FOTO

11:20 - 09 / 09 / 2016
Kaliforniyanın Berkli Universitetində azərbaycanlı professor Lütfi Zadəyə Azərbaycan medalı təqdim olunub – FOTO

ABŞ-ın Kaliforniya ştatında yerləşən nüfuzlu Berkli Universitetində sentyabrın 7-də Azərbaycan əsilli amerikalı professor Lütfi Zadəyə həsr olunmuş geniş mərasim keçirilib.

1news.az-a Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğudan verilən xəbərə görə, mərasimdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) qərarı ilə Lütfi Zadənin təltif olunduğu Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl Medalı Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev tərəfindən dünya şöhrətli alimə təqdim olunub.

Tədbirdə Berkli Universitetinin müəllim-tələbə kollektivi, alimin həmkarları, dostları və onun elmi-tədqiqat irsinin davamçıları iştirak edib. İlk çıxış üçün söz universitetin Mühəndislik Fakultəsinin dekanı, L.Zadənin yetirməsi olan professor Şankar Sastriyə verilib. O, professor L.Zadəni bu əlamətdar gün münasibətilə təbrik edərək, göstərilən diqqətə və belə bir nəcib təltifə görə təmsil etdiyi ali təhsil müəssisəsi adından Azərbaycan Respublikasına dərin minnətdarlığını ifadə edib.

Sonra professor L.Zadənin ana vətəni Azərbaycana həsr olunmuş, onun sosial, iqtisadi və mədəni tərəqqisini nümayiş etdirən qısa film nümayiş etdirilib. Filmdən sonra söz Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayevə verilib. Diplomat bildirib ki, professor L.Zadə öz elmi nailiyyətləri və dünya tərəqqisinə verdiyi töhfələri ilə sadəcə Azərbaycan və ya ABŞ-ın deyil, bütün bəşəriyyətin dəyərli təmsilçilərindəndir. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həm azərbaycanlı soydaş, həm də dünya elminin dəyərli nümayəndəsi kimi daim professor L.Zadəyə diqqət göstərdiyini, bu diqqətin nəticəsi kimi 2011-ci ildə qocaman alimin Dostluq Ordeni ilə təltif olunduğunu vurğulayıb.

Baş konsul, çıxışının sonunda AMEA-nın prezidenti akademik Akif Əlizadə tərəfindən mərasim münasibətilə professor L.Zadəyə ünvanlanmış təbrik məktubunu oxuyaraq, Qızıl Medalı təntənəli surətdə dünya şöhrətli alimə təqdim edib.

Sonra söz professor L.Zadəyə verilib. Professor, Azərbaycandan kənarda yaşamasına baxmayaraq Azərbaycanın daim onun qəlbində xüsusi yer tutduğunu bildirib. O, Prezident İlham Əliyevin müdrik rəhbər və istedadlı dövlət xadimi olduğunu vurğulayaraq, ona dərin rəğbət bəslədiyini söyləyib. Qocaman alim bildirib ki, Azərbaycan bu gün nəinki öz regionunda, eləcə də, beynəlxalq aləmdə böyük nüfuza malikdir. Bunun isə hər şeydən öncə, Azərbaycan Prezidenti tərəfindən həyata keçirilən düşünülmüş siyasətin və səbatlı dövlət kursunun nəticəsi olduğunu vurğulayıb. L.Zadə AMEA-nın prezidenti A.Əlizadəyə belə bir medal ilə təltif olunmasına görə təşəkkürünü bildirib.

Tədbirdə professor L.Zadə ilə uzun illər birgə çalışmış, onun elmi-tədqiqat işlərində yaxından iştirak etmiş Azərbaycan Texniki Universitetinin professoru Şahnaz Şahbazova və Berkli Universitetinin professoru Ceyms Demmel də çıxış ediblər. Onlar öz nitqlərində dünya şöhrətli alimin elmi araşdırmalarından, bu səpkidə qeyri-səlis çoxluqlar və sistemlər, eləcə də, qeyri-səlis məntiq sahəsində elmə gətirdiyi inqilabi yeniliklərdən söz açıblar.

1news.az

Paylaş:
4421

Son xəbərlər

Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04PAŞA Sığorta könüllü əmlak sığortası əldə edən müştərilərə avtomobil qazanmaq şansı təqdim edir!Bu gün, 13:00Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilibBu gün, 12:49“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31Azərbaycan-İran xüsusi təyinatlılarının “Araz – 2024” birgə taktiki təlimi keçirilirBu gün, 12:21Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12MEDİA çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 12:09Prezident Surinamın dövlət başçısını təbrik edibBu gün, 12:09İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərinə təbrik məktubu ünvanlayıbBu gün, 12:08Azər Əmiraslanov: “Gələn il sosial paket 3 milyon insanı əhatə edəcək”Bu gün, 11:58
Bütün xəbərlər