Əbülfəs Qarayev: “Bu gün turizm Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun aparıcı qüvvəsinə çevrilməkdədir” | 1news.az | Xəbərlər
Cəmiyyət

Əbülfəs Qarayev: “Bu gün turizm Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun aparıcı qüvvəsinə çevrilməkdədir”

12:37 - 09 / 09 / 2016
Əbülfəs Qarayev: “Bu gün turizm Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun aparıcı qüvvəsinə çevrilməkdədir”

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan Turizm Assosiasiyasında (AZTA) turizm şirkətlərinin nümayəndələri ilə toplantı keçirdi.

Mədəniyyət və Turizm Naziriliyindən 1news.az-a verilən məlumata əsasən, toplantıda Prezident İlham Əliyevin sentyabrın 1-də imzaladığı “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamdan irəli gələn məsələlər geniş müzakirə olundu.

Sərəncamın əhəmiyyətini diqqətə çatdıran nazir bildirdi ki, Azərbaycanda turizm sənayesinin inkişafı üçün atılan addımlar öz bəhrəsini verməkdədir: “Bu gün turizm Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun aparıcı qüvvəsinə çevrilməkdədir. Son bir neçə ildə ölkəmizdə böyük turizm infrastrukturu qurulub, brend hotellər istifadəyə verilib. Bunun nəticəsində dünya turizm bazarında Azərbaycan lüks turizm xidmətləri təklif edən ölkə kimi tanınıb. İndi bu sahədə görülən işlər davam etdirilməkdədir. Yaxın gələcəkdə 2, 3 ulduzlu hotellər şəbəkəsinin yaradılması nəzərdə tutulur. Bununla da ölkəmizə müxtəlif təbəqələrdən olan xarici turistlərin axını təmin edilmiş olacaq”.

Əbülfəs Qarayev turizm sənayesinin inkişaf etdirilməsinin Prezident İlham Əliyevin xüsusi diqqət mərkəzində olduğunu vurğuladı. Qeyd etdi ki, bu istiqamətdə aparılan islahatlar son illər daha da intensiv xarakter alıb.

Dövlət başçısının sentyabrın 1-də imzaladığı sərəncam respublikamızda turizmin inkişafına yeni təkan verəcək. Sərəncamda Turizm Şurasının yaradılması, turizm sahəsinin müasir tələblər baxımından yenidən qurulması, ölkənin turizm potensialının təşviqi, yeni əlverişli aviareyslərin açılması, ticarət festivallarının (“shopping festival”) keçirilməsi, o cümlədən digər mühüm məsələlər öz əksini tapıb və müvafiq tapşırıqlar verilib: “Bu sərəncam Azərbaycan turizminin inkişafının növbəti mərhələsini müəyyən edərək, turizm sənayesində çalışan hər bir işçinin üzərinə məsuliyyət qoyur. İndi ölkəmizdə mövcud olan bütün turizm sənayesi işçiləri xidmət səviyyəsinin daha da yüksəldilməsi işinə öz töhfəsini verməlidir. Bu məqsədlə Azərbaycan Turizm və Menecment Universiteti Azərbaycan Turizm Assosiasiyası ilə birlikdə xidmət sahəsində çalışanlar üçün kursların, treninqlərin təşkili istiqamətində işlərin həyata keçirilməsini də nəzərdə tuturuq”.

Nazir vurğuladı ki, Azərbaycanda turizmin mövsümi xarakter daşımasının aradan qaldırılması ilə bağlı işlər də davam etdiriləcək. Bunun üçün dəniz turizminin inkişafı, rekreasiya zonalarının yaradılması, sağlamlıq turizminin növlərinin artırılması, qış turizminin daha da inkişaf etdirilməsi də əsas istiqamətlərdəndir. Həmçinin Azərbaycana xarici turistlərin cəlb olunması üçün təbliğat işlərinin daha da gücləndirilməsinin vacibliyi vurğulandı.

Ölkəmizdə tətbiq olunan “Tax free” sisteminin əhəmiyyətinə toxunan Əbülfəs Qarayev bildirdi ki, bu sistemə qoşulan ticarət obyektlərinin sayının artırılması təmin olunacaq. Ticarət festivallarının (“shopping festival”) keçirilməsi istiqamətində görüləcək işlərlə əlaqədar olaraq turizm obyektləri də müvafiq təkliflər verə bilərlər.

Həmçinin ölkə başçısının müvafiq sərəncamına uyğun olaraq, sentyabrın 27-si - Dünya Turizm Günü bu ildən etibarən Azərbaycanda “Turizm işçiləri günü” peşə bayramı kimi qeyd ediləcək. Nazir bu münasibətlə bütün turizm ictimaiyyətini təbrik etdi.

1news.az

Paylaş:
500

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər