Referendumla əlaqədar bülletenlərin paylanılmasına sentyabrın 14-dən başlanılacaq | 1news.az | Xəbərlər
Siyasət

Referendumla əlaqədar bülletenlərin paylanılmasına sentyabrın 14-dən başlanılacaq

18:41 - 10 / 09 / 2016
Referendumla əlaqədar bülletenlərin paylanılmasına sentyabrın 14-dən başlanılacaq

Dairə Seçki Komissiyalarında 46569 müşahidəçi qeydə alınıb.

1news.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

Onun sözlərinə görə, sentyabrın 14-dən bülletenlərinin DSK-lara paylanılmasına başlanılacaq:

“Yəqin ki, sentyabrın 18-dək bu proses başa çatacaq”.

MSK sədri qeyd edib ki, dairələrdə müşahidəçilərin qeydiyyatı davam etdirilir:

“MSK-da 1057 müşahidəçi qeydiyyatdan keçib. Bunlardan 777-si QHT nümayəndəsi, 167-si öz təşəbbüsü, ikisi xüsusi icazə almış, 82 nəfər "Yeni Azərbaycan" təşəbbüs qrupu, 29-u isə Vətəndaş Cəmiyyəti təşəbbüs qrupunun üzvləridir”.

1news.az

Paylaş:
578

Son xəbərlər

Bütün xəbərlər