Leyla Əliyeva xəstə uşaqları ziyarət etdi - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Leyla Əliyeva xəstə uşaqları ziyarət etdi - FOTO

13:11 - 11 / 09 / 2016
Leyla Əliyeva xəstə uşaqları ziyarət etdi - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Milli Onkologiya Mərkəzinin (MOM) Uşaq Klinikasında olub.

1news.az Azərtac-a istinadən xəbər verir ki, Leyla Əliyeva Uşaq Klinikasında müalicə olunan uşaqlarla söhbət edib, onlara hədiyyələr təqdim edib, tezliklə sağalmalarını arzulayıb, uşaqlarla şəkillər çəkdirib.

Milli Onkologiya Mərkəzinin baş direktoru, akademik Cəmil Əliyev Uşaq Klinikasında aparılan müalicələr barədə məlumat verib.

Leyla Əliyeva, həmçinin klinikanın kollektivi ilə də söhbət edib, onlara işlərində uğurlar arzulayıb.

1news.az

 

Paylaş:
911

Son xəbərlər

Bütün xəbərlər