Bakıda beşmərtəbəli yaşayış binasında yanğın olub
Bakı şəhəri, Nərimanov rayonunda beşmərtəbəli yaşayış binasında yaşayan vətəndaşa məxsus ümumi sahəsi 60 m2 olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 20 m2 sahədə yanıb.
1news.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yüksək temperaturdan hamamın plastik qapısı və lambirindən ibarət tavanı deformasiyaya uğrayıb.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 02:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
1news.az
425