Bakı və Azərbaycan arxiyepiskopu Aleksandra “Rossotrudniçestvo”nun “Dostluq və əməkdaşlığa görə” fəxri nişanı təqdim edilib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı və Azərbaycan arxiyepiskopu Aleksandra “Rossotrudniçestvo”nun “Dostluq və əməkdaşlığa görə” fəxri nişanı təqdim edilib – FOTO

1news Redaksiyası14:01 - 13 / 09 / 2016
Bakı və Azərbaycan arxiyepiskopu Aleksandra “Rossotrudniçestvo”nun “Dostluq və əməkdaşlığa görə” fəxri nişanı təqdim edilib – FOTO

Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxin və “Rossotrudniçestvo” Nümayəndəliyinin rəhbəri Valentin Denisov paytaxtımızda fəaliyyət göstərən “Jen Mironosits” pravoslav kafedral kilsəsində Bakı və Azərbaycan arxiyepiskopu Aleksandra “Rossotrudniçestvo”nun “Dostluq və əməkdaşlığa görə” fəxri nişanını təqdim ediblər. Tədbirdə din xadimləri və kilsə nümayəndələri iştirak ediblər.

Təltifolunma haqqında müvafiq əmri “Rossotrudniçestvo”nun rəhbəri Lyubov Qlebova imzalayıb.

Bakı və Azərbaycan arxiyepiskopu Aleksandr “Rossotrudniçestvo”nun ali mükafatına Rusiya-Azərbaycan çoxtərəfli əməkdaşlığının inkişafı istiqamətində fəal işinə görə layiq görülüb.

1news.az

Paylaş:
1202

Son xəbərlər

Əlövsət Polad vəfat etdi

06 / 11 / 2026, 17:40
Bütün xəbərlər