İlham Əliyev Xətai rayonundakı 58 nömrəli məktəbdə tikilmiş əlavə sinif otaqlarında yaradılan şəraitlə tanış olub – FOTO | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev Xətai rayonundakı 58 nömrəli məktəbdə tikilmiş əlavə sinif otaqlarında yaradılan şəraitlə tanış olub – FOTO

12:09 - 13 / 09 / 2016
İlham Əliyev Xətai rayonundakı 58 nömrəli məktəbdə tikilmiş əlavə sinif otaqlarında yaradılan şəraitlə tanış olub – FOTO

Sentyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Xətai rayonundakı 58 nömrəli tam orta məktəbdə tikilmiş əlavə sinif otaqlarında yaradılan şəraitlə tanış olub.

Bu haqda 1news.az dövlət başçısının rəsmi saytına istinadla xəbər verir. 

Dövlətimizin başçısına məlumat verildi ki, məktəbdə yeni dərs ilində şagirdlərin tədris, təlim və tərbiyə işlərinin yüksək səviyyədə həyata keçirilməsi üçün hər cür şərait yaradılıb.

Tədris ocağında ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin təhsilin inkişaf etdirilməsi ilə bağlı gördükləri işləri əks etdirən fotostend qurulub. Bu il məktəb üçün 20 əlavə sinif otağı, 1 informatika və 3 fənn laboratoriyası inşa olunub. 576 şagird yerlik yeni sinif otaqlarında təlim-tərbiyə, tədris prosesinin yüksək səviyyədə həyata keçirilməsi üçün bütün şərait yaradılıb.

Diqqətə çatdırıldı ki, 58 nömrəli orta məktəbin binası 1926-cı ildə inşa edilib. 420 yerlik məktəbdə faktiki 900 şagird təhsil alırdı. Təbii ki, bu, sıxlığa səbəb olmaqla yanaşı, təhsilin keyfiyyətinə də təsirsiz ötüşmürdü. Məktəb üçün tikilən yeni sinif otaqları isə vəziyyəti kökündən dəyişəcək. Yeni tədris ilindən şagirdlər daha geniş və müasir təhsil tələblərinə cavab verən sinif otaqlarında dərs keçəcəklər. Kompyuter avadanlıqları ilə təchiz olunmuş siniflər, müxtəlif tədbirlərin keçirilməsi üçün nəzərdə tutulan akt zalı da hazır vəziyyətə gətirilib.

Beləliklə, dövlətimizin başçısının məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı müəyyənləşdirdiyi strategiya nəticəsində ölkəmizdə güclü təhsil infrastrukturu formalaşıb. Milli dəyərlər üzərində qurulan təhsil modeli isə gənc nəslin nümunəvi vətəndaş kimi formalaşmasında mühüm rol oynayır.

Prezident İlham Əliyev yeni dərs ilində kollektivə uğurlar arzuladı.

1news.az

 

Paylaş:
726

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər