Bakıda “Daşın nəğməsi” heykəltəraşlıq simpoziumu və “Qız qalası” festivalı keçiriləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda “Daşın nəğməsi” heykəltəraşlıq simpoziumu və “Qız qalası” festivalı keçiriləcək

16:30 - 14 / 09 / 2016
Bakıda  “Daşın nəğməsi” heykəltəraşlıq simpoziumu və “Qız qalası” festivalı keçiriləcək

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə VII “Qız qalası” Beynəlxalq incəsənət festivalı çərçivəsində sentyabrın 24-dən oktyabrın 2-dək Bakıda  “Daşın nəğməsi” (Music in Stone) ilk Beynəlxalq heykəltəraşlıq simpoziumu keçiriləcək.

Fonddan 1news.az-a verilən məlumata əsasən, Latın Amerikası, Avropa və Asiyadan olan 10 tanınmış heykəltəraşın dəvət olunduğu simpoziumun əsas məqsədi yerli təbii daşlardan (Şəmkir qumdaşı, Abşeron əhəngdaşı) müxtəlif əsərlərin yaradılmasıdır. Tədbirdə, həmçinin Azərbaycanın 4 heykəltəraşı iştirak edəcək. Bakının Qala qəsəbəsində açıq səma altında çalışacaq heykəltəraşlar üçün konkret mövzu məhdudiyyəti yoxdur, onlara tam özünüifadə azadlığı verilir. Yeganə şərt əsərlərin gələcəkdə açıq səma altında nümayişinin nəzərdə tutulmasıdır. Simpozium çərçivəsində yaradılan işlər Bakı şəhərinin parklarından birində sərgilənəcək.

Qeyd edək ki, heykəltəraşlıq təsviri incəsənətin ən qədim sahələrindən biridir və Azərbaycanda bu sənətin kökləri tarixin dərinliklərinə gedib çıxır. Hələ qədim zamanlardan Azərbaycanda fərqli xassələrə və rənglərə malik müxtəlif təbii daşlar əldə edirdilər. Abşeron əhəngdaşının, Qarabağ çaydaşı və qara mərmərin, sarımtıl-ağ rəngli Şəmkir qumdaşının plastik xüsusiyyətləri yerli memarlığın və onun dekorativ bəzəklərinin özünəməxsusluğunu təyin edir.

Tədbirin hər il keçirilməsi, müxtəlif ölkələrdən olan heykəltəraşların yaratdıqları əsərlərlə gələcəkdə açıq səma altında muzey – heykəltəraşlıq parkının qurulması planlaşdırılır.

Qeyd edək ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə ənənəvi təşkil olunan “Qız qalası” Beynəlxalq incəsənət festivalı bu il 18-21 sentyabrda Fransanın paytaxtı Parisdə “Azərbaycan şəhərciyi” çərçivəsində keçiriləcək. VII “Qız qalası” festivalında Fransa və Azərbaycan rəssamları iştirak edəcəklər.

Layihə çərçivəsində Bakıda, həmçinin 17-18 sentyabrda uşaqlar üçün “Qız qalası” festivalı keçiləcək. Festivalda  30-dək iştirakçı öz əl işlərini təqdim edəcək. 

Qeyd edək ki, “Qız qalası” Beynəlxalq incəsənət festivalı 2010-cu ildən keçirilir. Layihənin məqsədi 2000-ci ildə UNESCO-nun Dünya İrs Siyahısına daxil edilmiş İçərişəhərin ərazisində yerləşən və Bakının rəmzi hesab olunan Qız qalasının dünyada tanıdılmasıdır. Festivalda iştirak edən müxtəlif ölkələrin rəssamları Qız qalasının maketlərini  öz milli üslublarında bəzəyərək fərqli mədəniyyət və adət-ənənələrin sintezini əks etdirən əsərlər yaradırlar.

1news.az

Paylaş:
638

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər