Uşaq intiharları: bunlardan sığortalandığınıza əminsinizmi? | 1news.az | Xəbərlər
Cəmiyyət

Uşaq intiharları: bunlardan sığortalandığınıza əminsinizmi?

16:52 - 14 / 09 / 2016
Uşaq intiharları: bunlardan sığortalandığınıza əminsinizmi?

“Bakıda qız özünü asıb”, “Yeniyetmə özünü eyvandan atdı”, “Qız Bakı bulvarında özünü dənizə atdı”, “Gənc oğlan həyatına qəsd etdi”-  bu cür başlıqlar artıq heç kəsi təəccübləndirmir.

Bütün bunların arxasında nə dayanır? Ən əsası isə gəncləri həyatdan könüllü köçməyə nə vadar edir? Təəssüflər olsun ki, bu gün intiharların statistikası aparılmır. Eləcə də yeniyetmələrin inkişafı, onları ölümə sürükləyən səbəblər sona qədər araşdırılmır.

Hazırda kriminal göstərici və ya “Özünə öldürmə həddinə çatdırma” maddəsi ilə ittiham olunanları nəzər almırıq. Biz, intihara aparan psixoloji səbəblərdən, bunun nəticələrindən bəhs etmək istəyirik. Ən azından bu faciələrin gələcəkdə təkrarlanmamasının və ya sayının azalması üçün araşdırmaq lazımdır.

Kimlər risk qrupundadır?

Əlbəttə ki, sadəcə olaraq: “Normal olmayan və ya gizli psixi gerilikləri olan insanlar – hər kəs intiara meyillidir” də söyləmək olar. Məsələ burasındadır ki, intihar hadisəsinin arxasında ayrıca bir ömür dayanır: burada yeniyetmənin faciəsi, onun valideynləri , onlarla münasibəti, yaxınları və böyükləri, eləcə də məktəbdəki münasibətlərindəki anlaşılmazlıq da aiddir.

Bir çox suallar yaranır: özünə qəsd edən gənc ata-anasının nələrə məhkum etdiyini anlayırmı? Onlar dərk edirlərmi ki, uşağı dünyaya gətirən, böyüdən, əzizləyən valideynlər üçün övladlarının onlardan tez həyatdan köçməsi nə deməkdir? Onlar övladlarının üzünü, gülüşünü, “Ana, mən səni sevirəm”, “Ata, sən hamıdan yaxşısan” sözlərini bir daha eşitməyəcəklərinə necə dözsünlər?

Bütün stereotiplərə baxmayaraq uşaqlar arasında intihar halları yalnız az təminatlı ailələrdə baş vermir. Bəzən isə yüksək təminatlı müvəffəqiyyətli ailənin sevimli övladı da canına qəsd edə bilir.

Lakin bütün bu hadisələr zamanı uşaqların belə gənc yaşda intiharı zamanı minlərlə sual yaranır. Yeniyetmələr dərk edirlərmi ki, bu kədərli addım – sonuncudur? Onların həyatında heç nə olmayacaq, çünki həyatları olmayacaqlarını bilirlərmi? Ərtafdakıların “qiymətləndirmədilər, başa düşmədilər, incitdilər” kimi kədərlərini onlar görməyəcəklər. İntiharı sona qədər anlayırlarmı – bu, hər şeyin sonudur? Onlar öz yaxınlarının kədərini, acısının məsuliyyətini dərk edirlərmi? 

Yoxsa özlərinin uydurduğu və ya həqiqət olan bədbəxtliyi və kədərindən bütün bunları görə bilmir? İntihar edənləri eqoist və ya əksinə, onları güclü insan adlandırmaq düzgündürmü?

Bir dəfə kimsə deyib: “16-cı mərtəbədən özünü atanda bütün problemlər xırda görünür. Lakin bir problemdən başqa – sən artıq 16-cı mərtəbədən düşürsən”.

Bu müdrik kəlamın əksinə olaraq digər dərin mənalı ifadə var: “Özünə qəsəd edənlər – yaranmış stereotiplərə baxmayaraq güclü insanlardır. Həyatımda bir hadisə olub ki, fikirlərini təsdiq edə bilərəm. Mən bir qadınla tanış idim. O, çox ağıllı, istedadlı və eleqant idi. Lakin onun başına faciə gəldi və o, hərəkətsiz yaşamağa məhkum oldu. İntiharından bir neçə gün əvvəl mənə bir söz dedi ki, bunu ömürlük yadımda saxladım: “Ağaclar dayanan vəziyyətdə ölürlər”, (Ağabəy Sultanov).

Həqiqətən də insanın qəlbindəki kədər nə dərəcədə acı olmalıdır ki, o, ölümə qədəm qoyaraq həyatını sonlandırsın.

Sui-qəsdlərin səbəbləri

Əlbəttə ki, valideynlər və uşaqlar arasında etibar, sevgi və dostluq məsələsi ilk növbədədir. İndiki dövrdə  bir çox valideynlər günün çox saatını işdə olurlar: ata, ana işləyir və buna görə də onları ittiham etmək çətindir. Nənələr isə nəvələri tərbiyə etməyə razılıq versə də, lakin onlar ata-ananı əvəz etmir. Nəticədə uşaqlar valideynlərini bir neçə saat görməli olurlar. Bu da tam ünsiyyət üçün yetərli olmur.

Bəzi valideynlər elə bilir ki, uşaqları toxdur, geyimləri, cibxərcləri varsa, bazar günləri onlarla kinoya və ya gəzintiyə gedilirsə bununla da hər şey kifayətdir. Lakin bu belə deyil, ola bilər uşaqların problemləri valideynlərini yersiz gəlsə də: hər kəsin kədəri özünəməxsusdur.

Məhz intihar hadisəsində başlıca vasitə etibar və ünsiyyətdir. Axı mahiyyətcə intihar – kədər halıdır, dünyaya özün, öz bədbəxtliyin haqda hayqırtıdır. Ola bilər ki, bu bütün dünya üçün gülünc görünsə də, gəncin özü üçün dünya boyda dərd kimi görünür.

Misal üçün, qəbul imtahanlarından sonra gənc qız və oğlanların intihar etməsini necə adlandırmaq olar? Nəticə etibarilə burada faicəvi heç bir şey yoxdur. Bu il qəbul olmamısan? Gələn il daha yaxşı hazırlaşaraq qəbul ola bilərsən! Bəzən isə bu addıma valideynləri öz övladlarını sürükləyir.

Psixoloqun rəyi

İntihar problemi – hər şeydən əvvəl psixoloji problemdir. Həkim Araz Mənuçöhr-Laleyinin dediyi kimi, hər bir intihar hadisəsinin tam mənzərəsini anlamaq üçün onu hərtərəfli araşdırmaq lazımdır.

Bundan əlavə, problemin obyektiv araşdırılması üçün məktəblərdə uşaqlara normal psixoloji yardım göstərilməlidir. Bu gün ölkəmizdə savadlı psixoloqları barmaqla saymaq olar. Lakin özünü “pixoloq” adlandıranların sayı gündən-günə artır. Sabah bu “psixoloqlar” öz məsləhətləri ilə nəinki yeniyetməni problemini həll edəcək, hətta onları intiraha da sürükləyəcək.

Həmçinin uşaqda psixi pozunt halını yalnız mütəxxəsis təyin edə bilər. Hətta ən diqqətcil valideyn belə övladındakı dəyişikliyi anlamayaraq buna “çətin yaşdadır” və ya yorulub deyərək anlamaya bilər.

Artan intihar səbəblərinə məktəblərdə müəllimləri də əlavə etmək olar. Bəzən məktəblərdə işləməyə gələn müəllimlər çox soyuqqanlı olurlar . Bu da uşaqların öz problemləri ilə təkbətək qalmasına səbəb olur.

İntihar təbliğatı?

Nəhayət ki, intiharın əsas səbələrindən biri də təbliğatdır. Bəli, məhz bu cür. KİV-də hər gün yayımlanan kriminal xronikalar bu xəbələrin adi hala çevrilməsinə səbəb olur. Bundan əlavə, “Vektor effekti” deyilən bir təhlükə də var.

Bu – KİV-də, televiziyada, hətta bədii əsərlərdə əks olunan intihar hallarına “oxşamaq” üçün kütləvi sui-qəsd dalğasıdır. Beləki, Hollivud aktyoru Robin Uilyamın intihar hadisəsindən sonra ekspertlərin hesabatını yayımlayan Dünya Səhiyyə Təşkilatını (DST) bir sıra media və sosial şəbəkərlər qınadı.

Həmçinin DST-nin ekpertləri qeyd edib ki, ulduzların və ya sıravi insanların inhitarlarını əks etdirən hesabatların dərc edilməsi vacib deyil:

 “KİV-in intiharla bağlı xəbərləri ehtiyatsız yayması bunun daha da təbliğ olmasına səbəb ola bilər. İntihar hallarının səhv işıqlandırlması yanlış təəssüratlar yaradaraq insanlarda – böhran vəziyyətdə  qanunauyğun və lazımi addım kimi təsəvvürü yarada bilər”, - hesabatda deyilir.

Beləliklə, KİV intiharla bağlı xəbəri yayımlayarklən diqqətli olmalıdır. Verilişlərdə uşaq intiharının şişirdilməsi, valideynlərin göz yaşları, məktəb və ya müəllimlərin ünvanına tənqid  - bütün bunlar yeniyetməni intihara sövq edə bilər.

Psixiatr A.Mənucöhr-Laleyinin sözlərinə görə, yeniyetmələrdə ölüm anlayışı tam formalaşmır. Buna görə də ölüm onlarda şüuraltı olaraq “məşhur” olma kimi anlaşılır. Yeniyetmə düşünür: “Məni incitsələr, özümə qəsəd edəcəyəm. Onlar isə bundan heyfizlənəcək. Bununla da məni incidənlərdən birdəfəlik qisas alacağam”, - bununla da o, dərk etmir ki, bütün bunları hamısı o nə görəcək, nə də eşidəcək. 

Dəqiqləşdirmək istərdik: məsələni susmaq deyil, bu məzmunda olan məqalə və verilişlər başqa formada işıqlandırılsın. Bu, bir sıra psixoloqlar, müəllim və jurnalistlər qrupu ilə müzakirə formasında olmalıdır. Bunun sonunda yeniyetmə dərk etməldiir ki, “həyatı qiymətləndirmək lazımdır!”.

Bunun həlli varmı?

DST 2020-ci ilədək bütün dünya üzrə intihar hallarının sayını 10% azalmasına qərarlaşıb. Yuxarıda qeyd edilənləri nəzərə alaraq bunu etmək çox da asan olmayacaq. Hər şeydən öncə müqayişə etmək olmayacaq: DİN-dən 1news.az-a bildirdilər:

“Yeniyetmə intiharları ilə bağlı xüsusi statistika yoxdur, lakin bütün bunlara qarşı ayrıca cinayət işi açılıb. Əsasən 125-ci “Özünü öldürmə həddinə çatdırlması” maddəsi ilə cinayət işi açılıb ki, günahkarlar məsuliyyətə cəlb ediləcək.

Azərbaycanın baş prokuroru Zakir Qaralov 1news.az jurnalistlərinə bildirib:

 “Təəssüflər olsun ki, bu gün Azərbaycanda intiahr halları artmaqdadır. Bütün faktlar üzrə intihar hallarına qarşı cinayət işi açılır. Eləcə də həmin əraizədə yerləşən rayon prokurorları hadisə yerondə araşdırma aparır. Araşdırma zamanı intiharın səbəbləri aydınlaşdırlır. Məlum olur ki, intihara əl atan şəxslər əsasən psixi xəstəlikləri olanlardır. Eləcə də məlum olr ki, həmin şəxslər vaxtında qeydiyyata alınmayıb. Bəzi hallarda isə problem ailədə yaranır. Araşdırmalardan sonra nəticələr müvafiq qurumlara çatdırılır”.

Göründüyü kimi, intihar problemi ilə ölkəmizdə ciddi məşğul olunur, lakin bunun yaranma səbəbləri də araşdırlmalıdır. Bu da müvafiq qurumların düşünməsi üçün səbəbdir. Böhran mərkəzləri, psixoloji yardımın qaynar xəttləri yaradılmalıdır. Bir sıra media rəhbərli DST-nin məsləhətlrini nəzər almalıdır.

Bununla yanaşı, əsasən də valideynlər yeniyetmərlə bağlı şəxsi nəticələri olmaldır.

Həkmin A.Mənuçöhr-Laleyinin qeyd etdiyi kimi, intihar edənlərin bir çoxları psixi cəhətdən sağlam insanlardır, bunların yalnız 15%-i qeyri-sağlam olur. Bu insanlar ekstremal halları sevirlər ki, bu da mahiyyətcə dərk edilmiş ölüm, “gizli intihar” nümunəsdir.  Bu cür uşaqları gələcək peşə seçiminə düzgün istiqamətləndirmək lazımıdır ki, onlar həyat üçün risk tələb etməyən işlərədən uzaq olsunlar.

Belə insanlardan yaxşı idmançı, yanğınsöndürən, xilasedici və hətta polis olur. Buna görə də onların düzgün motivasiya edilməsi riskin aradan qaldırılmasına kömək edir.

Bir sözlə, inkişaf etmiş ölkələrdə məktəb psixoloqları “gizli intiharla” bağlı testlər həyata keçirirərək bunların nəticəsində yeniyetmələrə tövsiyələr verirlər. Bununla da intihar hallarının saynın azalmasına səbəb olurlar.

Biz də isə bu prosedurlar həyata keçirilmədiyi üçün bunlardan danışmağa dəyməz, buna görə də digər məsləhətlər verməyə çalışırıq.

İlk növbədə uşağın hərəkətindəki bütün dəyişikliklərə diqqət etmək lazımdır. Hətta yeniyetmənin siqaret çəkməsinə - buna nəyin səbəb olmasına da diqqət etmək lazımdır. “Mən də onun yaşıda ərköyünlük edirdim” – demək lazım deyil. Ona görə ki, bunun pis vərdiş olması ilə yanaşı, yaranması səbəbi də çox vacibdir.

Uşağın hər biz sözünə diqqət etmək laızmdır. Onun lüğətində “ölüm” və ya hansısa bədbin fikirlər yer almayıb ki? Yeniyetmə hansısa şühbəli ayinlərlə məşğul olurmu, və ya qəribə qanunlara vərdiş etməsi ilə də maraqlanmaq lazımdır.

Bununla yanaşı uşaqda baş vermiş dəyişikliklər və əhvalındakı süstlyü düzgün dəyərləndirmək də lazımdır. Uşaqların bu yaşda psixikaları çox kövrək olur. Və buna çox həssas yanaşma olmalıdır. Əks halda onun ərköyünlükləri gələcəkdə də əsəbilik formasında qala bilər.

Ən başlıcası budur ki, intiharın əsasə səbibi uşağın hansısa probleminin olması deyil, uşaq həmin problemlə təkbətək qalaraq yaxınları tərəfindən dəstək almamasıdır. Buna yol vermək olmaz.

1news.az

Paylaş:
2078

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər