Sürət qatarına daş atan yeniyetmələr polis tərəfindən müəyyən edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Sürət qatarına daş atan yeniyetmələr polis tərəfindən müəyyən edilib

17:47 - 31 / 10 / 2025
Sürət qatarına daş atan yeniyetmələr polis tərəfindən müəyyən edilib

Sürət qatarına daş atan yeniyetmələr polis tərəfindən müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli 1news.az-a bildirib ki, oktyabrın 30-da Bakı-Sumqayıt xətti ilə hərəkət edən sürət qatarına Sabunçu rayonu Kürdəxanı qəsəbəsində daşla ziyan vuran şəxslər polis əməkdaşları tərəfindən müəyyən olunublar.

Əməli törədənlər 2010-cu il təvəllüdlü iki yeniyetmə valideynləri ilə Sabunçu Xətt Polis Şöbəsinə dəvət olunublar. Onlar barəsində müvafiq qanunvericiliyə uyğun profilaktik məsuliyyət tədbirləri görülüb.

Paylaş:
550

Son xəbərlər

Bütün xəbərlər