Zakir Qaralovun vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Zakir Qaralovun vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib

18:54 - 14 / 09 / 2016
Zakir Qaralovun vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib

Baş prokuror Zakir Qaralovun sentyabrın 23-də Beyləqan, İmişli, Ağcabədi, Tərtər, Ağdam, Füzuli və Laşın rayonlarında yaşayan vətəndaşlarla nəzərdə tutulan qəbulunun vaxtı dəyişdirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, qəbulun keçiriləcəyi tarixlə bağlı əlavə məlumat veriləcək.

“Həmin tarixdə Baş prokuror saat 10:00-da Şirvan şəhər prokurorluğunun inzibati binasında Şirvan, Hacıqabul, Saatlı, Sabirabad və Salyan rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcək”- deyə, Baş Prokurorluqdan bildiriblər.

1news.az

 

Paylaş:
417

Son xəbərlər

Bütün xəbərlər