Prezident Bakıdakı 12 nömrəli orta məktəb üçün tikilmiş yeni tədris korpusunda yaradılan şəraitlə tanış olub – FOTO | 1news.az | Xəbərlər
Rəsmi

Prezident Bakıdakı 12 nömrəli orta məktəb üçün tikilmiş yeni tədris korpusunda yaradılan şəraitlə tanış olub – FOTO

11:25 - 14 / 09 / 2016
Prezident Bakıdakı 12 nömrəli orta məktəb üçün tikilmiş yeni tədris korpusunda yaradılan şəraitlə tanış olub – FOTO

Prezident İlham Əliyev sentyabrın 14-də Bakının Nizami rayonundakı 12 nömrəli tam orta məktəb üçün tikilmiş yeni tədris korpusunda yaradılan şəraitlə tanış olub.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov Prezident İlham Əliyevə məlumat verdi ki, əsası 1974-cü ildə qoyulan bu məktəb bir neçə il bundan əvvəl əsaslı təmir olunub. Lakin ərazidə əhali sıxlığının artması məktəbə gələn şagirdlərin sayının çoxalmasına təsir göstərdiyindən 12 nömrəli məktəb üçün də yeni korpusun tikintisinə qərar verildi.

Bununla da 960 şagird yerlik məktəbin ərazisində 432 şagird üçün nəzərdə tutulan və 18 sinif otağından ibarət yeni bina inşa olunub. Nəticədə məktəb birnövbəli sistemə keçib. İndi geniş və işıqlı sinif otaqları məktəbdə tədris prosesinin yüksək səviyyədə aparılmasına imkan verir.

Beləliklə, ötən illərdə ölkəmizdə heç bir dövrdə olmayan qədər məktəb binası tikilib, bir çox təhsil ocağı üçün yeni tədris korpusları inşa olunub. Bu proses ən ucqar yaşayış məntəqələrini də əhatə edib. Heydər Əliyev Fondu da dövlət səviyyəsində həyata keçirilən bu proqrama hərtərəfli dəstək göstərib.

Bununla da Azərbaycanda yüzlərlə məktəbin tikilməsi, təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, bir sözlə, ölkədə nəhəng təhsil infrastrukturunun formalaşdırılması yeni təhsil modelinin tətbiqindən irəli gələn uğurlar sayəsində mümkün olub. Bu modelin nailiyyətlərini isə mükəmməl təhsil konsepsiyası təşkil edir.

1news.az

 

Paylaş:
684

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər