Lənkəraniskinin anası Zaurun verilişlərinə başqa adla pul göndərirmiş | 1news.az | Xəbərlər
Cəmiyyət

Lənkəraniskinin anası Zaurun verilişlərinə başqa adla pul göndərirmiş

16:31 - 16 / 09 / 2016
Lənkəraniskinin anası Zaurun verilişlərinə başqa adla pul göndərirmiş

Bir müddət əvvəl mətbuatda məşhur azərbaycanlı avtoritet Rövşən Lənkəraniskinin (Canıyevin) anası Məsməxanım Canıyevanın insult keçirməsi haqda məlumat verilmişdi. Verilən məlumatda Məsməxanım Canıyevanın xeyriyyəçi qadın olduğu da bildirilirdi.

Bu gün Bizimyol.info saytına Lənkəraniskinin ailəsinə yaxın mənbənin bildirdiyinə görə, onun anası Məsməxanım Canıyeva televiziyyada yayımlanan bir çox sosial proqramlarda onlarla ehtiyyacı olan şəxslərə başqa adla köməkliklər edib. Hətta ATV kanalında yayımlanan Zaur Baxşəliyevin aparıcısı olduğu “Ümid var” və “Bizimləsən” verlişlərində bir çox ehtiyacı olan adamlara pul və qiymətli əşyalar göndərdiyi bildirilir.

Teleaparıcının verilişində zaman-zaman ən müxtəlif ehtiyyacı olan şəxslərə göndərdiyi külli miqdarda pullara və qiymətli əşyalara görə təşəkkür etdiyi Hacıxanım, Rövşən Lənkəraniskinin anası Məsməxanım Canıyeva imiş. O əsl adının çəkilməsini istəməsə də, teleaparıcı onu Hacıxanım deyə bildirirmiş.

Məsələ ilə bağlı açıqlama verən məşhur teleaparıcı Zaur Baxşəliyev fikirlərini belə ifadə edib.

“Bəli mənim verilişimə həcixanımlar ehtiyyacı olanlara pullar, qiymətli əşyalar göndərib. Amma bunun hansının Lənkəraniskinin anası olduğunu bilmirəm. Lənkərandan Həcixanım verilişimizə yardımlar edib. Amma onun Lənkəraniskinin anası olduğunu bilmirəm. Çünki bizə təqdim edilən konvertlərdə xeyriyyəçilər öz adlarını qeyd etmirlər. Mən Lənkaraniskinin anasından telefon zəngi alıb, bu pulu mən göndərmişəm deməyib. Belə hal olmayıb. Ola bilər göndərib, amma başqa adla, çünki göndərilən konvertin üstündə nə yazılırdısa, mən də elə təqdim edirdim. Onların həyatında hazırda həssas məqamdı, ona görə istəmirəm hansısa açıqlama verib, təşvişə səbəb olam”.

1news.az

 

Paylaş:
742

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər