Gəncədə divar uçub: iki bacı dağıntı altında qalıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Gəncədə divar uçub: iki bacı dağıntı altında qalıb

18:36 - 16 / 09 / 2016
Gəncədə divar uçub: iki bacı dağıntı altında qalıb

Gəncədə bədbəxt hadisə baş verib.

1news.az APA-ya istinadən xəbər verir ki, şəhərin “Vtoroy çast2 deyilən ərazisində divar uçub və iki bacı uçqunun alında qalıb.

Dağıntılar altında qalaraq ölən şəxs 2002-ci il təvəllüdlü İsmayılova Sona Osman qızı, xəsarət alan isə onun bacısı, 2001-ci il təvəllüdlü İsmayılova Mehparə Osman qızıdır. M.İsmayılova xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Evin divarının hansı səbəbdən uçduğu hələlik məlum deyil. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparırlar.

1news.az

Paylaş:
730

Son xəbərlər

Bütün xəbərlər