Kürdə batan 20 yaşlı qızın meyiti tapılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Kürdə batan 20 yaşlı qızın meyiti tapılıb

12:48 - 17 / 09 / 2016
Kürdə batan 20 yaşlı qızın meyiti tapılıb

Sabirabadda Kür çayında batan 20 yaşlı qızın meyiti tapılıb.

1news.az xəbər verir ki, sentyabrın 13-də Kürün Sabirabad rayonu ərazisindən keçən hissəsində batan, rayonun Narlıq kənd sakini, 1996-cı il təvəllüdlü Qəhrəmanova Sevanə Polad qızının meyiti bu gün saat 9:00 radələrində batdığı yerdən 10 kilometr aralıda Fövqəladə Hallar Nazirliyinin sularda xilasetmə xidmətinin əməkdaşları tərəfindən aşkar edilərək çıxarılıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

1news.az

Paylaş:
840

Son xəbərlər

Bütün xəbərlər