Həftənin ilk gününə olan hava proqnozu
Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
1news.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.
Bildirilib ki, şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 17-20° isti, gündüz 25-29° isti, Bakıda gecə 18-20° isti, gündüz 26-28° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək.
Nisbi rütubət gecə 75-85 %, gündüz 55-65 % təşkil edəcək.
Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə duman olacağı, şərq rayonlarında qısamüddətli yağış yağacağı gözlənilir. Gündüz ayrı-ayrı yerlərdə arabir güclənən cənub küləyi əsəcək. Havanın temperaturu gecə 15-20° isti, gündüz 25-30° isti, dağlarda gecə 5-10° isti, gündüz 15-20° isti olacağı gözlənilir.
1news.az