4 məşhur aktyor Bakıya gəlir - FOTO - VİDEO
Noyabrda Bakıda “İkinci şans” filminin qala gecəsi keçiriləcək.
1news.az xəbər verir ki, bu barədə Nizami Kino Mərkəzinin mətbuat xidmətindən məlumat verilib.
Özcan Dənizin çəkdiyi və baş rolda Nurgül Yeşilçayla birlikdə oynadığı İkinci şans” filminin qalası noyabrın 26-da baş tutacaq. Türkiyədəki təqdimat isə noyabrın 18-də nəzərdə tutulub.
Məlumata görə, baş rollarında Serenay Sarıkaya və Nejat İşlerin rol aldığı “İkimizin yerine” adlı filmin də Bakıda qala gecəsinin üçün danışıqlar aparılır.
Mərkəzdən bildirilib ki, danışıqlar müsbət yekunlaşarsa Serenay Sarıkaya və Nejat İşlerin də Bakıya gələcəyi gözlənilir. Bu filmin Türkiyədəki qala gecəsi isə 21 oktyabrda keçiriləcək.
1news.az
1210