IT STEP akademiyası ictimaiyyətə təqdim olunub – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

IT STEP akademiyası ictimaiyyətə təqdim olunub – FOTO

17:25 - 19 / 09 / 2016
IT STEP akademiyası ictimaiyyətə təqdim olunub – FOTO

9 nömrəli Bakı Peşə Liseyinin bazasında yaradılan IT STEP akademiyası ictimaiyyətə təqdim olunub.

Tədbirdə Təhsil Nazirliyinin nümayəndələri, millət vəkilləri, IT şirkətlərinin rəhbərləri, təhsil ekspertləri və KİV nümayəndələri iştirak ediblər.

1news.az-a nazirliyin mətbuat xidmətindən verilən xəbərə görə, Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayev bildirib ki, IT STEP akademiyası “Maksimum təcrübə, minimum nəzəriyyə” prinsipi əsasında təşkil olunub və tədris bu gün ən aktual, yüksək məvacibli peşələrə yiyələnmək istəyənlər üçün maraqlı imkanlar açır. F.Mustafayev qeyd edib ki, 9 nömrəli Bakı Peşə Liseyinin əsaslı təmir olunmuş tədris korpusunun bazasında fəaliyyət göstərəcək  akademiyada 8 yaşından 55 yaşınadək 2100 şəxs təhsil ala biləcək.

Akademiyanın təsisçisi Dmitriy Korçevskiy qeyd edib ki, 1998-ci ildən dünyanın 17 ölkəsində 44 filial şəbəkəsi ilə fəaliyyət göstərən IT STEP akademiyasının tədris proqramı təcrübəli mütəxəssislər tərəfindən beynəlxalq standartlar əsasında tərtib olunub. STEP kompüter akademiyasında tədris IT sahəsində yüksək qiymət almış, unikal müəllif metodikası əsasında təşkil edilib.

Daha sonra çıxış edənlər bütün dünyada məşhur olan akademiyanın ölkəmizdə də yaradılmasını yüksək qiymətləndiriblər.

Akademiyada 3 ixtisas sahəsi - kompüter qrafikası və dizayn, proqram təminatı, şəbəkə texnologiyası üzrə mütəxəssislər hazırlanacaq.

IT STEP-i  bitirən müdavimlərə Təhsil Nazirliyi tərəfindən verilən diplomla yanaşı, “Cisco Microsoft” və “Autodesk”şirkətlərinin sertifikatları da təqdim olunacaq.

Akademiyada 17 kompüter sinfi, robot texnikası, bədii studiya, qrafik dizayn və fotostudiyadan ibarət 4 ixtisaslaşdırılmış laboratoriya, 260 nəfərlik konfrans və idman zalları fəaliyyət göstərir.

1news.az

Paylaş:
1405

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər