Şabran və İsmayıllı sakinlərindən 15 kiloqramdan artıq marixuana götürülüb
Polis əməkdaşları narkotik bitki yetişdirən şəxsləri saxlayıblar.
1news.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, Şabran RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəndob kənd sakini Aslanşah Mövsümova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 2 ədəd çətənə kolu və evinə baxış zamanı isə oradan 1 kiloqram 501 qram marixuana aşkar edilərək götürülüb.
İsmayıllı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə Mican kənd sakini Elnur Məmmədova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş, ümumi çəkisi 27 kiloqram 400 qram olan 47 ədəd çətənə kolu və evinə baxış zamanı isə oradan 13 kiloqram 933 qram marixuana aşkar edilərək götürülüb.
1news.az