Qoşulmama Hərəkatının Venesuelada keçirilmiş XVII Sammitinin Yekun sənədi qəbul olunub | 1news.az | Xəbərlər
Siyasət

Qoşulmama Hərəkatının Venesuelada keçirilmiş XVII Sammitinin Yekun sənədi qəbul olunub

09:18 - 19 / 09 / 2016
Qoşulmama Hərəkatının Venesuelada keçirilmiş XVII Sammitinin Yekun sənədi qəbul olunub

Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının “İnkişaf naminə sülh, suverenlik və həmrəylik” devizi altında 13-18 sentyabr 2016-cı ildə Venesuela Bolivar Respublikasının Marqarita adasında keçirilmiş XVII Sammitinin Yekun sənədi qəbul olunub.

1news.az-a XİN-in mətbuat xidmətindən verilən xəbərə görə, yekun sənədə Ermənistan-Azərbaycan münaqişəsi, Dövlət və Hökumət Başçılarının 18-ci Sammitinin 2019-cu ildə Azərbaycanda keçirilməsi və BMT-nin Sivilizasiyalar Alyansının 26-27 aprel 2016-cı ildə Bakıda keçirilmiş 7-ci Qlobal Forumu ilə əlaqədar bəndlər də daxildir.

Qoşulmama Hərəkatının Marqarita Yekun Sənədinin layihəsindən çıxarışlar:

- “Dövlət və Hökumət başçıları BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə (822, 853, 874, 884) baxmayaraq, Ermənistan-Azərbaycan münaqişəsinin hələ də həll olunmaması və beynəlxalq və regional sülh və təhlükəsizliyi təhdid altında qoymaqda davam etməsi ilə bağlı təəssüfünü ifadə etdilər. Onlar BMT Nizamnaməsində öz əksini tapmış gücdən istifadə etməmək prinsipinin əhəmiyyətini bir daha təsdiq etdilər və tərəfləri münaqişəni Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri əsasında həll etməyə çağırdılar”.

- “Dövlət və Hökumət başçıları Azərbaycan Respublikasının 2019-cu ildə Qoşulmama Hərəkatına üzv ölkələrin Dövlət və Hökumət başçılarının 18-ci Sammitinə ev sahibliyi etməklə bağlı təklifini alqışladılar. Bu təklif Qoşulmama Hərəkatının Avropa regionundan olan üzv dövlətləri tərəfindən təsdiq olundu və təsbit üçün 17-18 sentyabr 2016-cı ildə Venesuela Bolivar Respublikasının Marqarita adasında keçirilən 17-ci Qoşulmama Hərəkatı Sammitinə təqdim edildi”.

- “Dövlət və Hökumət başçıları BMT Sivilizasiyalar Alyansının 26-27 aprel 2016-cı ildə Bakıda keçirilmiş 7-ci Qlobal Forumunu və bu Qlobal Forumda BMT-nin üzv dövlətləri, beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti təsisatlarının fəal iştirakını alqışladılar”.

1news.az

Paylaş:
434

Son xəbərlər

DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04PAŞA Sığorta könüllü əmlak sığortası əldə edən müştərilərə avtomobil qazanmaq şansı təqdim edir!Bu gün, 13:00Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilibBu gün, 12:49“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31Azərbaycan-İran xüsusi təyinatlılarının “Araz – 2024” birgə taktiki təlimi keçirilirBu gün, 12:21Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12
Bütün xəbərlər