Rövnəq Abdullayev BANM-a qəbul olmuş üç qardaşı təbrik etdi - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Rövnəq Abdullayev BANM-a qəbul olmuş üç qardaşı təbrik etdi - FOTO

11:12 - 19 / 09 / 2016
Rövnəq Abdullayev BANM-a qəbul olmuş üç qardaşı təbrik etdi - FOTO

2016-2017-ci tədris ilində Bakı Ali Neft Məktəbinin (BANM) “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasına qəbul olan əkiz qardaşları - Nurlan Nəzərəliyev və Rəvan Nəzərəliyevi BANM-də “15 sentyabr – Bilik günü” ilə bağlı keçirilən təntənəli tədbirdə SOCAR-ın prezidenti, millət vəkili Rövnəq Abdullayev təbrik edib.

1news.az-a BANM-dan verilən xəbərə görə, SOCAR-ın prezidenti qardaşları həm BANM-in tələbəsi adını qazanmaları, həm də 2016/2017-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına müvafiq olaraq Prezident təqaüdçüsü adına layiq görülmələri münasibətilə bir daha təbrik edərək təhsildə uğurlar arzulayıb.

Eyni zamanda, Rövnəq Abdullayev əkizlərin böyük qardaşı – BANM-in “Neft-qaz mühəndisliyi” ixtisasında təhsil alan IV kurs tələbəsi Rəşad Nəzərəliyevi 2015/2016-cı tədris ili ərzində semestrlərdə yüksək nəticə göstərərək Heriot Vatt Universiteti tərəfindən “İlin tələbəsi” adına layiq görülməsi münasibətilə də təbrik edib.   

Xatırladaq ki, bu ilki qəbul imtahanında iki qardaş - Nurlan Nəzərəliyev 685, Rəvan Nəzərəliyev isə, 700 bal toplayaraq ixtisas seçimində BANM-in “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ni seçiblər və Ali Məktəbin tələbəsi olublar. Əkizlərin qardaşı Rəşad Nəzərəliyev də BANM-in “Neft-qaz mühəndisliyi” ixtisasında təhsil alır, o, IV kurs tələbəsidir. Rəşad Nəzərəliyev BANM-ə 677 balla daxil olub. Beləliklə, bir ailənin üç övladı BANM-in tələbəsidir.

1news.az

Paylaş:
593

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər