“Polis işçisi” 6 uşağın həyatını riskə atdı – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Polis işçisi” 6 uşağın həyatını riskə atdı – VİDEO

16:50 - 20 / 09 / 2016
“Polis işçisi” 6 uşağın həyatını riskə atdı – VİDEO

Sosial şəbəkədə nə vaxt və harada çəkildiyi məlum olmayan video yayılıb.

1news.az xəbər verir ki, yol polisləri reyd zamanı sərxoş halda avtomobil idarən sürücünü saxlayıblar.

Maşın ön oturacağında 2, arxada da 4 uşağın həyatını riskə atan Hacıyev Aydın Telman oğlu özünü keçmiş polis işçisi kimi təqdim edib.

Polisə müqavimət göstərən sürücü, bəzi sənədləri təqdim etməkdən də imtina edib və özünə haqq qazandırmağa çalışıb.

Lakin, bütün cəhdlərə baxmayaraq polislər sürücünü tibbi müayinəyə aparıblar. Uşaqlar isə sağ-alamat evlərinə aparılıb.

Biz də öz növbəmizdə qeyd etmək istəyirik ki, videonun harada və nə vaxt çəkilməsindən asılı olmayaraq, heç bir sürücü belə hərəkətə yol verməməlidir. Özlərinin və digərlərinin həyatını rismək atmasınlar.

Unutmamaq lazımdır ki, qayda pozmaq təkcə pul cəriməsi demək deyil, həm də həyatı riskə atmaqdır. Həyat itiriləndən sonra isə pulun heç bir dəyəri qalmır.

Fərid Ədalət

Paylaş:
7684

Son xəbərlər

Bütün xəbərlər