Nardaran hadisələrinə görə tutulan şəxslərin həbs müddəti uzadılıb
Bu gün Nəsimi Rayon Məhkəməsi Nardaran hadisələri ilə bağlı saxlanılan Nahid Qəhrəmanov və digər şəxslərin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılıması ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılıb.
1news.az bu barədə “Report”a vəkil Bəxtiyar Hacıyev bildirib.
Vəkilin sözlərinə görə, istintaq orqanın verdiyi təqdimat təmin edilib, N.Qəhrəmanov və digər şəxslərin həbs müddəti üç ay artırılıb.
B.Hacıyev həmçinin N.Qəhrəmanovun girov müqabilində azadlığa buraxılması ilə bağlı vəsatət verdiyini də bildirib. Vəsatətə sabah baxılacaq.
Qeyd edək ki, Daxili İşlər Nazirliyi (DİN) 2015-ci il noyabrın 26-da Bakı şəhərinin Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı Taleh Bağırov başda olmaqla, daha bir neçə üzvü - Rasim Mirzə Baba oğlu Cəbrayılov, Zakir Tapdıq oğlu Mustafayev, Cabbar Əmirxan oğlu Cabbarov, Cahad Bala Hüseyn oğlu Babakişizadə, Şamil Adil oğlu Abduləliyev, Aqil Azər oğlu İsmayılov, Ramin Məhərrəm oğlu Yariyev, Abbas Əbbdülrəhman oğlu Quliyev, İbrahim Məmməd oğlu Xudaverdiyev, Etibar Rasim oğlu İsmayılov, Bəhruz Rahib oğlu Əskərov, Əli Həsrət oğlu Nuriyev, Əlibala Cavad oğlu Vəliyev, Fərhad Nəsrəddin oğlu Balayev, Abbas Hafiz oğlu Tağızadə və Abbas Məmmədbağır oğlu Hüseynov saxlanılaraq istintaqa təqdim edilib. Həmin şəxslər barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib, sonradan həbs qətimkan tədbirinin müddəti artırılıb. Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində həmin şəxslərin cinayət işi üzrə məhkəməsi keçirilir.
N.Qəhrəmanlı və digər şəxslərin isə istintaqı davam etdirilir.
1news.az