İlham Əliyev maltalı həmkarını təbrik edib
Prezident İlham Əliyev Malta Prezidenti Mari-Luiz Koleyro Prekaya təbrik məktubu ünvanlayıb.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, məktubda deyilir:
“Hörmətli xanım Prezident,
Ölkənizin milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
İnanıram ki, dostluq və əməkdaşlıq münasibətlərimizin möhkəmləndirilməsi və inkişafı yolunda birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Malta xalqına daim əmin-amanlıq və rifah diləyirəm”.
1news.az
514