Rövşən Rzayev: Müxalifətin mitinqlərinə qabaqcıl gənclər və ziyalılar deyil, dindar fanatiklər qoşulurlar | 1news.az | Xəbərlər
Siyasət

Rövşən Rzayev: Müxalifətin mitinqlərinə qabaqcıl gənclər və ziyalılar deyil, dindar fanatiklər qoşulurlar

13:39 - 21 / 09 / 2016
Rövşən Rzayev: Müxalifətin mitinqlərinə qabaqcıl gənclər və ziyalılar deyil, dindar fanatiklər qoşulurlar

Azərbaycan müxalifəti siyasi potensialını tamamilə tükədib. Bu mərhələdə o yalnız bir qisim insanı Bakı küçələrinə toplamaqla kütlə arasında nifaq salmaq imkanın malikdir. Bunu 1news.az-a Milli Məclisin deputatı Rövşən Rzayev ötən bazar günü müxalifətin keçirdirdiyi mitinqlə bağlı bildirib. 

Xatırladaq ki, Xalq Cəbhəsi partiyasının lideri Əli Kərimli və Milli Şuranın rəhbəri Cəmil Həsənlinin rəhbərliyi ilə müxalifətçi Milli Şuranın sentyabrın 17-də Yasamal rayonunda yerləşən “Məhsul” stadionunda mitinqi keçirilib. Həmin günü “Müsavat”ın da aksiyası keçirilib.

Mitinqlərin hər birinə 800-dən az insan toplaşıb ki, bunların arasında təbliğatçı Taleh Bağırzadə tərəfdarları daha çox fərqlənib. Dini mövzu çıxış edənlərin nitqində də xüsusi seçilib. 

Dini mövzuya Əli Kərimli, həmçinin onun silahdaşı Cəmil Həsənli də toxunub. Onlardan hər biri “Nardaran işi” ilə bağlı silahlı basqınla şəriət dövləti yaratmaqda şübhəli bilinənləri həbs etmiş dövləti ittiham ediblər. Bunlarla birlikdə İslam partiyasının sabiq sədr müavini Rövşən Əhmədli də çıxış edib. Müraciətlər əsasən dini auditoriyaya istiqamətlənərək dövlətə qarşı güc tətbiq edilməsindən ibarət idi.

Xatırladaq ki, müxalifətçi Milli Şuranın dindarlarla daha bir mitinqi sentyabrın 11-də Bakıda baş tutub.

“Düşünürəm ki, şərəfsiz müxalifətçilər başlıca məqsədlərinə – referendum ərəfəsində vəziyyətin gərginləşməsinə, hətta bütün günü ölkə üçün vacib olan bu hadisəni boykot etmək üçün təbliğat aparsalar belə nail ola bilməyəcəklər. Onlar xalqın etibar kreditini çoxdan tükədiblər, buna görə də “bədənlərini tərpətsələr də” bu, lazımsız vaxt itkisidir”, - R.Rzayev bildirib.   

                                                                

Deputanın fikirincə, müxalifət daxilində parçalanma uzun illərdir ki, davam edir. Bununla belə, partiyalardan hər biri daxilisiyasi meydanda liderliyi ələ keçirmək istəyir. Bu da onların sırasında gərginlyi daha da artırır:

“Əgər bu insanlar bir-birlərinə qulaq asmağı və dinləməyi öyrənməyiblərsə, o zaman cəmiyyət üçün nə faydaları ola bilər?! Heç bir. Fikrimcə, müxalifət fikirayrılıqları ilə Krılovun məşhur təmsilindəki qu quşu, xərçəng və durnabalığına bənzəyir”.

Düşünürəm ki, müxalifət meydanında fitnələr illərlə davam edəcək. Faktdır ki, xalqın maraq və baxışları ilə müxalifətinki tamamilə fərqlənir:

“Müxalifət öz-özü üçün fəaliyyət göstərir. Digər tərəfdən də cəmiyyət “Müsavat”, AXCP, Milli Şuradan olan “dahi natiqləri” əsassızlıqlarına görə dəstəkləmir. Dolğun proqram, konstruktiv təkliflər, düşünülmüş konsepsiyalar əvəzinə boş vədlər verilirsə, təəccüblü deyil ki, “mövsüm xarakterli” mitinqlərə də qabaqcıl gənclər və ziyalılar əvəzinə fanatik dindarlar gələcək”.

R.Rzayevin fikrincə, müxalifət qruplarının primitiv dünücəsi – istənilən üsulla insanların düşüncələrinə təsir edərək mövcud hökuməti qaralamaqdan ibarətdir:

“Onların funksiyası da bununla bitir. Axı ciddi məsələlər var ki, onları həll etmək lazımdır. Azərbaycanın başlıca problemi – düşmən işğalında olan topraqların azad edilməsi və ölkənin ərazi bütövlüyünün təmin edilməsindədir. Bu, hər birimizin diqqət mərkəzində olmalıdır. Müsavatçıların və onların həmkarları Milli Şuranın populist bəyanatlarında deyil”.

Onun sözlərinə görə, Azəbaycan ictimaiyyəti hələ 90-cı illərdə ümummilli lider Heydər Əliyev və onun siyasi kursunun davamçısı prezident İlham Əliyevi Azərbaycana rəhbər olaraq seçməklə çoxdan seçimlərini müəyyən edib. 

“Bu gün xalq və hökumət birdir, söyləməyə əsas var. Xalq öz prezidentinin ətrafında toplaşaraq torpaqların azad olunacağı qalibiyyətə qədər getmək niyyətindədir. Buna görə də müxalifət və müəyyən qüvvələrin cəhdi Azərbaycan xalqının mövqeyini dəyişə bilməz. Şübhə etmirəm ki, qarşıdakı referendum lazımi səviyyədə keçiriləcək”.

1news.az

Paylaş:
752

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər