Xələf Xələfov Meksika XİN-nin Avropa Baş idarəsinin Baş direktoru ilə görüşüb | 1news.az | Xəbərlər
Siyasət

Xələf Xələfov Meksika XİN-nin Avropa Baş idarəsinin Baş direktoru ilə görüşüb

18:27 - 21 / 09 / 2016
Xələf Xələfov Meksika XİN-nin Avropa Baş idarəsinin Baş direktoru ilə görüşüb

Xarici işlər nazirinin müavini Xələf Xələfov Meksika Birləşmiş Ştatları Xarici İşlər Nazirliyinin Avropa Baş idarəsinin Baş direktoru Fransisko del Rio ilə görüşüb və iki ölkə arasında siyasi məsləhətləşmələrin növbəti mərhələsi keçirilib.

Nazirlikdən 1news.az-a verilən məlumata əsasən, X.Xələfov ölkəmizin Meksika ilə əlaqələrinin inkişafına xüsusi önəm verdiyini, buna misal olaraq Azərbaycanın Latın Amerikasında ilk səfirliyinin Mexiko şəhərində açıldığını bildirdi və iki ölkə arasında münasibətlərin inkişafından məmnunluq ifadə etdi. Nazir müavini eyni zamanda Meksikanın Azərbaycanda səfirlik açmasını yüksək qiymətləndirdi və müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın genişləndirilməsində səfirliklərin fəaliyyətini xüsusi qeyd etdi. X.Xələfov xarici işlər naziri Elmar Məmmədyarovun Meksikaya səfərini xatırladaraq, yüksək səviyyəli qarşılıqlı səfərlərin ölkələrimiz arasında iqtisadi və siyasi münasibətlərin inkişafına müsbət təsir edəcəyini, bu xüsusda Fransisko del Rionun bu səfərinin əməkdaşlığa töhfə verəcəyinə əminlik ifadə etdi.

X.Xələfov ölkəmizin Meksika ilə bütün istiqamətlərdə, o cümlədən parlamentlərarası əlaqələrin inkişafında maraqlı olduğunu qeyd etdi və bu ölkənin qanunverici orqanı tərəfindən qəbul edilmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar və Xocalı soyqırımını qınayan qətnamələrə görə Meksika tərəfinə təşəkkür etdi. İki ölkə arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsi üçün bu sahədəki təşəbbüs, layihə və ideyaları əlaqələndirəcək mexanizmlərin müəyyən edilməsini təklif etdi. Nazir müavini həmçinin ölkəmizin iqtisadi qurumlarında görüşlərin keçirilməsinin arzuedilən olduğunu, iki ölkə arasında ticarət dövriyyəsinin həcminin artırılması üçün mövcud potensialdan səmərəli istifadə edilməsinin vacibliyini qeyd etdi.

Baş direktor Fransisko del Rio ölkəsinin Azərbaycanı beynəlxalq səviyyədə vacib ölkə kimi qəbul etdiyini bildirdi və ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi, habelə Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri üzrə layihələrin həyata keçirilməsində rolunu yüksək qiymətləndirdi. Görüşdə səsləndirilən təklifləri müsbət qarşılayan Fransisko del Rio, bu barədə Meksikanın müvafiq qurumlarına məlumat verəcəyini dedi. Parlamentlərarası əlaqələri diplomatiyanın vacib tərkib hissəsi adlandıran Baş direktor, 20 sentyabr 2016-cı il tarixində Meksika parlamentində Azərbaycanla “dostluq qrupu”nun yaradılması barədə məlumat verdi. O, bu ilin noyabr ayında bir qrup azərbaycanlı iş adamının Meksikaya səfər edəcəyini və bu qəbildən olan qarşılıqlı səfərlərin iki ölkə arasında ticarət dövriyyəsini artıracağına ümidvar olduğunu dedi.

Görüşdə hər iki ölkənin enerji sahəsində böyük təcrübəsini nəzərə alaraq, bu sahədə təcrübə mübadiləsinin aparılması, turizm sahəsində əməkdaşlığın genişləndirilməsi yolları ətrafında müzakirə aparıldı. X.Xələfov Azərbaycanın Meksikada, Meksikanın isə Azərbaycanda tanıdılması və təbliğ edilməsi üçün hər iki ölkənin kütləvi informasiya vasitələri arasında əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğuladı.

Ermənistan-Azərbaycan münaqişəsi barədə ətraflı məlumat verən X.Xələfov, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalını ölkəmizin ən böyük problemi olduğunu qeyd edərək münaqişənin yalnız ölkəmizin suverenliyi və ərazi bütövlüyü əsasında beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq həll edilməsinin vacibliyini qeyd etdi.

1news.az

Paylaş:
741

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər