Mənşəyi məlum olmayan 400 kiloqramdan artıq heyvan əti aşkar edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Mənşəyi məlum olmayan 400 kiloqramdan artıq heyvan əti aşkar edilib

23:03 - 21 / 09 / 2016
Mənşəyi məlum olmayan 400 kiloqramdan artıq heyvan əti aşkar edilib

Hacıqabul rayonunda xeyli sayda yarasız heyvan ətinin satışa çıxarılmasının qarşısı alınıb.

1news.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, sentyabrın 20-də Baş Dövlət Yol Polisi İdarəsinin  Hacıqabul rayonu ərazisində yerləşən daimi postunda Göyçay rayon sakini Nazim Sadıqovun idarə etdiyi “Opel” markalı avtomobil ödənilməmiş cəriməsi olduğundan saxlanılıb.

Avtomobilə baxış zamanı mənşəyi bilinməyən iylənmiş 400 kiloqram heyvan əti aşkar edilərək götürülüb və Hacıqabul RPŞ-yə təhvil verilib.

1news.az

 

Paylaş:
627

Son xəbərlər

Bütün xəbərlər