Abbas Bağırova qadağa: ölkədən çıxa bilməyəcək – FOTO
Vergilər Nazirliyi vergi borcuna görə ölkədən çıxışına qadağa qoyulan şəxslərin yeni siyahısını açıqlayıb.
1news.az xəbər verir ki, siyahıda əməkdar artist Abbas Bağırovun da adı yer alıb.
Qeyd edək ki, bir müddət əvvəl A.Bağırov ona 30 min manat vergi borcu yazıldığını bildirmişdi. İfaçı demişdi ki, bu məbləğ səhvdir və onu ödəməyi düşünmür.
1news.az
6850