Komitə sədri Zərdabda vətəndaşlarla görüşəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Komitə sədri Zərdabda vətəndaşlarla görüşəcək

13:57 - 22 / 09 / 2016
Komitə sədri Zərdabda vətəndaşlarla görüşəcək

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov sentyabrın 30-da Zərdab rayonunda vətəndaş qəbulu keçirəcək.

1news.az-ın məlumatına görə, saat 11:00-da Zərdab rayonunda  yerləşən Heydər Əliyev Mərkəzində baş tutacaq qəbulda Zərdab, Ucar, Göyçay və Kürdəmir  rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaq.

Qəbulda yuxarıda qeyd olunmuş rayonlardan olan vətəndaşlar iştirak edə bilər və yalnız komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaq.

Qəbula yazılmaq istəyən vətəndaşlar komitənin [email protected] elektron ünvanına yaza və aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:

Komitənin Aparatı: (012) 490 24 08 (daxili 105 və 349)

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı ərazi idarəsi:

(020-21) 3 01 29, (020-29) 6 62 83

1news.az

 

Paylaş:
398

Son xəbərlər

Bütün xəbərlər